Gürcüstan Avropa avtomobillərinin ixracına qadağa qoyub.
FED.az biznes və maliyyə xəbərləri portalı “Qafqazinfo”ya istinadən xəbər verir ki, qadağa Amerika modellərinə, 1,9 litr mühərrik həcmi olan avtomobillərə, eləcə də Ermənistandan tranzit keçməyə şamil edilib.
Bildirilib ki, onlar üçün təkrar emal haqqı 1,7 dəfədən 3,4 dəfəyə yüksəlib. İndi bu məbləğ mühərrik gücündən asılı olaraq 80.000-dən 1,2 milyon rubla qədər dəyişir.
Yeni məhdudiyyətə görə, indi iri idxalçılar avtomobilləri İran və Xəzər dənizi kimi alternativ yollarla Həştərxana, yaxud Qazaxıstan və Qırğızıstan üzərindən tranzit nömrələrlə çatdırmağa başlayıblar.