Son vaxtlar avtomobillərini tuninq edənlərin sayı artıb.
Texniki baxış zamanı ödəniləcək utilizasiya haqqının məbləği müəyyənləşib
FED.az xəbər verir ki, bəzi hallarda bu məsələyə görə, sürücülər ilə yol polisləri arasında mübahisələr yaşanır.
Bəs görəsən qanunvericilik, avtomobil detallarının hansı formada dəyişdirilməsinə icazə verir?
Usta Emin Cabbarov deyir ki, nəqliyyat vasitələrinə öz modelinin yeni istehsal edilmiş və ya fərqli formalı detalını quraşdırırlar. Burada əsas olan müəyyən normativlərin gözlənilməsidir.
Emin Cabbarovun sözlərinə görə, əgər avtomobil geniş anlamda tuning edilirsə bu zaman mühərrik və salonda müəyyən dəyişikliklər aparılır.
Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi Mübariz Ağayev hesab edir ki, istismarda olan bütün nəqliyyat vasitələri normativ texniki tələblərə cavab verməlidir. Bəzən edilən konstruksiya dəyişiklikləri baş verən yol qəzaları zamanı qəzanın ağırlıq dərəcəsinin artmasına səbəb olur.
Mübariz Ağayev onu da bildirib ki, nəqliyyat vasitələrində normativ tələblər pozulmaqla avadanlıq quraşdırılması və ya dəyişdirildikə, həmin pozuntuları yerində aradan qaldırmaq mümkün olmadıqda fiziki şəxslər nəqliyyat vasitəsini idarə etmədən kənarlaşdırılırlar. (Xezerxeber.az)