Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan xarici ölkələrdən 130,1 milyon dollar dəyərində 78 min 698 ton həcmində sürtkü yağları idxal edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir. 1 ton sürtkü yağının idxal qiyməti 1 653 dollara (2 810 manata) başa gəlib.
Sürtgü yağlarının ən çox idxal olunduğu ölkələr
Rusiya - 49 min 896 ton - 38 milyon dollarlıq,
Türkiyə - 12 796 ton – 35,5 milyon dollarlıq,
Almaniya - 5 218 ton – 22,5 milyon dollarlıq olub.
Bu hesabla Rusiyadan idxal olunan sürtkü yağının 1 kq-nın idxal qiyməti 0,7 dollar (1,3 manat), Türkiyədən 2,8 dollara (4,7 manata), Almaniyadan 4,3 dollara (7,3 manat) başa gəlib.
Yuxarıda göstərilən ölkələrlə yanaşı, Azərbaycan 2023-cü ilin ilk 10 ayında Belçikadan (6,4 milyon dollarlıq - 1 688 ton), Koreya (4,4 milyon dollar dəyərində - 1 621 ton), Birləşmiş Ərəb Əmirlikləri (4 milyon dollar dəyərində - 1 556 ton), Belarusdan (1,06 milyon dollarlıq - 659 ton) sürtkü yağı idxal edib.
Bundan başqa, Niderlanddan 2,2 milyon dollarlıq 614 ton, Fələstindən 1,5 milyon dollar dəyərində 455 ton, Litvadan 782 min dollar dəyərində 451 ton, Kanadadan 730 min dollar dəyərində 359 ton, İngiltərədən 1,7 milyon dollar 429 ton, Fransadan 2,7 milyon dollar dəyərində 457,2 ton sürtkü yağı idxal edilib.
Hesabat dövründə İran İslam Respublikasından 471 min dollar dəyərində 354.3 ton, İspaniyadan 639 min dollar dəyərində 155 ton sürtkü yağı gətirilib.