Rusiya Türkiyədən pomidorun idxalının həcminə tətbiq etdiyi illik kvotanı daha 50 min ton və 25% artıraraq 200 min tondan 250 min tona çatdırıb.
Eləcə də bax: Daha 12 şirkətin Rusiyaya pomidor satmasına - İCAZƏ VERİLDİ - SİYAHI
FED.az bildirir ki, bu barədə xarici mətbuat məlumat verirr
Xatırladaq ki, Rusiya 2015-ci ildə iki ölkə arasında yaranmış siyasi böhrandan sonra Türkiyə pomidoruna qarşı embarqo tətbiq etmişdi. 2017-ci ildə embarqo götürülsə də, 100 min tonluq kvota tətbiq edilmiş, sonradan bu rəqəm 200 min tona çatdırılmışdı. (Report)