Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Azərbaycandan Rusiyaya ixrac olunan bəzi qida məhsullarına qoyulmuş məhdudiyyətlərin aradan qaldırılması üçün işləri davam etdirir.
FED.az xəbər verir ki, məsələ ilə bağlı AQTA və Rusiya Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor") arasında danışıqlar aparılıb. Müzakirələr nəticəsində 24 dekabr tarixində daha 12 müəssisənin Rusiyaya pomidor ixracı üçün icazə alınıüb. Bunlar
"Suliddinoğlu Kəndli Fermer Təsərrüfatı" MMC,
"Səma Agro" MMC, "Xızı Aqropark" MMC,
"ART GREEN" MMC,
Abbasov Elman Davud oğlu,
Ələsgərova Lamiyə Eyvaz qızı,
Ələsgərov Elçin Teymur oğlu,
Əsgərov Çingiz Cəmil oğlu,
Quliyeva Aidə Əhməd qızı,
Yusifov Çingiz Əmiralı oğlu,
Məmmədov Vilayət Rüstəm oğlu,
Məmmədov Həmid Behbud oğluna məxsus müəssisələrdir.
Qeyd edək ki, Rusiya Federasiyasının müvafiq qurumu bu icazələrin Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təqdim olunmuş fitosanitar nəzarətin artırılması, habelə aparılmış monitorinqlərin nəticələrinə dair təqdim olunmuş məlumatlar əsasında verdiyini bəyan edib.
Hazırda Agentliklə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti arasında bu istiqamətdə intensiv müzakirələr davam edir.
Xatırladaq ki, bir neçə gün əvvəl Rusiyanın müvafiq qurumu tərəfindən 5 pomidor, 3 alma istehsalı müəssisəsindən də Rusiyaya məhsul ixracına icazə verilmişdi.