“Son zamanlar ət satışı mağazalarında quzu əti xüsusi yer tutur. Burada azacıq qiymət fərqinə görə külli miqdarda lazımi diri çəkiyə çatdırılmadan quzuların kəsilib satılması nəticəsində ət istehsalında böyük itkiyə yol verilir”.
FED.az xəbər verir ki, bunu ət istehsalı ilə bağlı yeni təkliflər verən əməkdar kənd təsərrüfatı işçisi İmran Əbilov bildirib.
Eləcə də bax: Qanuni ət kəsilən yer necə olmalıdır? – YENİ TƏLƏBLƏR, SİYAHI
"Mütəxəssislərimiz bu məsələdə fermerlərə lazımi izahat işləri aparmalı və onları inandırmalıdırlar ki, qoyunları lazımı diri çəiyə çatdırsınlar",- İ.Əbilov deyib. Yeri gəlmişkən, Qida Təhlükəsizliyi agentliyinin təsdiqlədiyi ət kəsimi məntəqələri ilə bağlı yeni standartlara görə, minimal kəsim yaşı xırdabuynuzlu heyvanlar üçün 6 ay, iribuynuzlu heyvanlar üçün 18 ay təşkil edir.
Eləcə də bax: Hindistandan Azərbaycana üç manata ət gətirilir - AÇIQLAMA