Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") Dağıstandakı idarəsi 1-18 fevral tarixlərində Azərbaycandan bu ölkəyə ixrac olunan 50,4 ton pomidoru geri qaytarıb.
Eləcə də bax: Azərbaycandan idxal edilən pomidorda zərərli orqanizm - Tapılıb
FED.az bu barədə quruma istinadən xəbər verir.
"Rosselxoznadzor"un mütəxəssisləri qadağanı pomidorlarda Cənubi Amerika güvəsinin aşkar edilməsi ilə izah ediblər. (Report)