Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) Azərbaycandan idxal edilən pomidor partiyasında Cənubi Amerika güvəsi aşkar edib.
FED.az xəbər verir ki, “Rosselxoznadzor”un Moskva şəhəri, Moskva və Tula vilayətləri üzrə İdarəsi fevralın 2-də fitosanitar nəzarət postunda Azərbaycandan göndərilmiş 17,1 ton təzə pomidor partiyasının yoxlanılması zamanı zərərli orqanizm - Cənubi Amerika güvəsi (Tuta absoluta (Povolny) aşkar edib.
“Rosselxoznadzor”un İdarəsi tərəfindən yük sahibinə yoluxmuş subkarantin məhsulları ilə bağlı tədbirlərin görülməsi barədə bildiriş verilib. Mülkiyyətçi bu məhsulların zərərsizləşdirilməsi haqqında qərar qəbul edib.
Rusiya Federasiyasının fitosanitar qanunvericiliyinə uyğun olaraq təzə pomidor partiyası “Respublika fumiqasiya dəstəsi” federal dövlət müəssisəsinin qüvvələri tərəfindən zərərsizləşdirilib. (İnterfaks)