Rusiya Azərbaycandan alma idxalına qoyduğu qadağanı qismən ləğv edib.
Eləcə də bax: Rusiya Azərbaycanın daha 4 istixanasına - İcazə Verdi
FED.az xəbər verir ki, bu barədə “Rosslexoznadzor” Federal Xidməti məlumat yayıb.
Bildirilib ki, dekabrın 21-dən etibarən Azərbaycandan ölkəyə alma idxalına qoyulan qadağadan qismən imtina olunur və üç müəssisədən alma idxalına icazə verilir.
“Rosselxoznadzor” alma idxalına icazə verdiyi Azərbaycan şirkətlərinin adlarını da açıqlayıb. Bunlar Şabran rayonunda yerləşən "TURAZ", “Ran Fruit” və "Əsədov Vahid" MMC-ləridir. (Apa)