Rusiya dekabrın 17-dən etibarən Azərbaycanın daha dörd müəssisəsinin ölkəyə pomidor idxal etməsinə icazə verib.
Eləcə də bax: Rusiya Azərbaycandan pomidor idxalına - İCAZƏ VERDI
FED.az xəbər verir ki, bu barədə “Rosselxoznadzor” məlumat yayıb.
Məlumatda bildirilir ki, "Rosselxoznadzor” 17 dekabr 2020-ci il tarixdən etibarən Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin zəmanəti altında Azərbaycanın dörd müəssisəsinin Rusiya ərazisinə pomidor idxal etməsinə icazə verilməsini mümkün hesab edir.
Rusiyaya pomidor idxal etməsinə icazə verilən həmin müəssisələr Kürdəmir, Masallı, Salyan və Hacıqabul rayonlarında yerləşir.
Qeyd edək ki, “Rosselxoznadzor” dekabrın 16-dan Azərbaycanın Xızı rayonunda yerləşən “Aqroterm” müəssisəsinin Rusiyaya pomidor idxal etməsinə icazə verildiyini açıqlamışdı. (Marja)