2024-cü ilin sentyabrından 2025-ci il iyununun 18-dək Qazaxıstanın yeni taxıl məhsullarının ixracı həcmi 8,7 milyon ton təşkil edib. Bu ölkədən Azərbaycana ixracın həcmində də kəskin artım (116,6 dəfə) müşahidə olunub.
FED.az xəbər verir ki, Qazaxıstanın Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, ümumi ixrac artımı 2023-2024-cü illərin analoji dövrü ilə müqayisədə 58,7 faiz çoxdur.
Məlumatda qeyd olunub ki, əsas ixrac istiqamətlərinə ənənəvi bazarlar daxildir: Özbəkistan - 3,1 milyon ton (+30,3 faiz), Tacikistan - 1,2 milyon ton (+46,1 faiz), Əfqanıstan - 285 min ton (+37 faiz), Qırğızıstan - 209 min ton (+85,5 faiz), İran - 963 min ton (artım - 17,2 min dəfə), Azərbaycan – 696 min ton (artım – 116,6 dəfə). (Azərtac)