Abşeron iqtisadi rayonu

"METAK" işçi axtarır - VAKANSİYA

"METAK" işçi axtarır - VAKANSİYA | FED.az
18:11 6 İyun 2020

FED.az xəbər verir ki, “METAK” Mühasib vəzifəsinə vakansiya elan edir.

Eləcə də bax: "Avromak" işçi axtarır - VAKANSİYA

İş barədə məlumat:

• Təhtəl şəxslərin hesabat qeydiyyatının aparılması və onların ikili yazılışına nəzarət;
• Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsi;
• Kreditor və debitorlar ilə hesablaşmaların qeydiyyatının aparılması;
• Mal-material uçotu;
• Elektron, qaimə, hesab-fakturaların işlənməsi;
• Əsas vəsaitlərin uçotunun aparılması və amortizasiyasının hesablanması;
• İstehsal olunan məhsulun maya dəyərinin hesablanması, xammal və materialların silinməsi;
• Kreditor və debitorlar ilə üzləşmələrin aparılması.

Namizədə tələblər:

• Ali təhsil (Maliyyə, Mühasibat, İqtisadiyyat);
• Mühasibat proqramlarında və Excel-də işləmək bacarığı;
• Əmək və vergi qanunvericiliyinin əsasları;
• Müvafiq vəzifədə 3-5 il iş təcrübəsi;
• Dil bilikləri: Azərbaycan və Rus dili;
• E-gov, e-taxes portalları ilə işləmək bacarığı.

Əlavə şərtlər:

• Əmək haqqı danışıq əsasında müəyyən olunur;
• 5 günlük iş həftəsi;
• Nahar şirkət tərəfindən verilir;
• Nəqliyyat xidməti şirkət tərəfindən göstərilir.

Maraqlananlar CV-lərini https://www.metak.az/resume/resume.php?vid=156 və ya [email protected] ünvanına göndərərək, 03.07.2020– ci il tarixinə kimi müraciət edə bilərlər.
Yalnız göstərilən meyarlara uyğun olan namizədlər müsahibəyə çağırılacaqlar..

Digər xəbərlər

Banner