İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir.
Kartla ödənişlər yalnız POS-terminal vasitəsilə qəbul edilməlidir - VİDEO
FED.az bu barədə İqtisadiyyat yanında Vergi Xidmətinə istinadən xəbər verir.
İndiyədək ölkə ərazisində 98.346 ədəd yeni nəsil NKA quraşdırılıb. Belə NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb. 2024-cü ilin yanvar-may ayları ərzində yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 9 milyard 355,6 milyon manatdan artıq olub ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 864,4 min manatdan, yaxud 10,2 faizdən çoxdur.