Azərbaycanda əmək müqaviləsi bağlayaraq işləyən əcnəbilər icbari tibbi, işsizlik və məcburi dövlət sosial sığorta haqlarına cəlb olunmalıdırlarmı?
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən FED.az-a bildirilib ki, "Sosial sığorta haqqında" Qanunun 12-ci maddəsinə və “Tibbi sığorta haqqında” Qanunun 15-2.1-ci maddəsinə əsasən, əmək müqaviləsi (kontraktı) ilə işləyən Azərbaycan Respublikasının vətəndaşları və vətəndaşlığı olmayan şəxslər sığortaolunan hesab edilirlər.
Həmin şəxslərin sosial sığorta haqqına cəlb edilən aylıq gəliri 200 manat və az olarsa məbləğin 3 faizi, 200 manatdan çox olduqda isə 6 manat+200 manatdan çox hissənin 10 faizi miqdarında sosial sığorta haqqı tutulur. İşəgötürən tərəfindən isə işçinin sığorta haqqına cəlb edilən aylıq gəlirinin 200 manatadək olan hissəsindən 22 faiz, 200 manatdan yuxarı olan hissəsindən 15 faiz dərəcə ilə sosial sığorta haqqı hesablanır.
Həmçinin, sığortaedən (işəgötürən) tərəfindən ödənilən sığorta haqqı üzrə – hesablanmış əməyin ödənişi fondunun 0,5 faizi həcmində, sığortaolunan (işçi) tərəfindən ödənilən sığorta haqqı üzrə – işçinin əməkhaqqının 0,5 faizi həcmində işsizlikdən sığorta haqqı hesablanaraq ödənilməldir.
İşçinin əməkhaqqının 8.000 manata qədər olan hissəsindən 2%, 8.000 manatdan yuxarı olan hissəsindən isə 0,5 faizi həcmində icbari tibbi sığorta haqqı tutulması müəyyən edilib.
İşçilər əməkhaqqından tutulmaların hesablanması kalkulyatoru vasitəsilə vergi və digər tutulmalar haqda ətraflı məlumat əldə edə bilərlər.
Əsas: “Sosial sığorta haqqında”, “İşsizlikdən sığorta haqqında” və “Tibbi sığorta haqqında” qanunlar