İyulun 21-də Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəhbərlik etdiyi “Vergi və hesabatlılıq” üzrə işçi qrupunun növbəti iclası keçiriləcək.
Vergi Xidməti 21 milyon manatdan artıq məbləğdə ziyanı - Dövlət Büdcəsinə Ödətdirib
Dövlət Vergi Xidmətindən FED.az-a bildirilib ki, tədbirdə Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “Vergitutma” indikatoruna dair 2022-2023-cü illər üzrə Yol Xəritəsi”nin rüblük icra vəziyyəti ilə bağlı məsələlər, 2023-cü ilin sonunadək görüləcək işlərə dair cari vəziyyət, özəl sektorun Yol Xəritəsinin icrasında rolu müzakirə ediləcək.
Vətəndaşlar, o cümlədən özəl sektor nümayəndələri Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın https://azranking.az internet portalının “Onlayn müraciət” (https://azranking.az/online-apply) bölməsi və keçiriləcək iclasla əlaqədar “Təklif göndər” onlayn xidməti vasitəsilə aidiyyəti məsələlər barədə təkliflər verə bilərlər.