Taksi sifarişi operatorlarının Dövlət Vergi Xidmətinin elektron informasiya sisteminə ötürülməli olan aylıq məlumatlarının siyahısı hazırlanacaq.
Yeni ildən yeni cərimələr qüvvəyə minib – SİYAHI, MƏBLƏĞLƏR
FED.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1033-VIQD nömrəli Qanununun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 dekabr tarixli 2439 nömrəli Fərmanının icrasının təmin edilməsi haqqında” sərəncamında əksini tapıb.
Sərəncama əsasən, İqtisadiyyat Nazirliyi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Ədliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, taksi sifarişi operatorları tərəfindən malik olduqları informasiya sistemi vasitəsilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron informasiya sisteminə ötürülməli olan aylıq məlumatların siyahısını iki ay müddətində hazırlayıb Nazirlər Kabinetinə təqdim edəcək.