Azərbaycan vergi orqanlarının qanuna tam əməl elədiyini demək olmaz.
Maaşdan gəlir vergisinin artması şirkətlərin - XƏRCİNİ NƏ QƏDƏR ARTIRACAQ? – AÇIQLAMA
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva Bakıda keçirilən "Azərbaycan Hakimlərinin II Forumu"nda bildirib.
Vətəndaşları narazı salan dövlət qurumları - ADLAR
Onun sözlərinə görə, məhkəmə mübahisələrinə səbəb olan bir sıra hallar vergi əməkdaşlarının fəaliyyətindən irəli gəlir: "Məsələn, gəlir və xərclərinin uçotunu aparmayan sahibkarlar üçün vergilər qanunla müəyyənləşdirilmiş əlaqəli məlumatlar, analoji vergi ödəyicilərinin məlumatları əsasında və yaxud qanunun icazə verdiyi digər şərti üsullarla hesablanır. Bu hallar bir qayda olaraq mübahisələndirilir. Təbii ki, bu mübahisələrdə biz deyə bilmərik ki, vergi orqanları qanuna tam əməl edib, lakin məhkəmələr onların qərarlarını ləğv edib. Lakin biz bəzi sahibkarların və yaxud qanunvericiliyi pozan şəxslərin formal hüquqi tələblərdən sui-istifadə etdiyini müşahidə edirik".
"Qanunla müəyyən olunan vəzifələri icra etməyən sahibkar, vergi orqanı tərəfindən əlaqəli məlumat əsasında hesablanan vergilərin sübut olunmasını, iqtisadi baxımdan ədalətli olmasını, məhz bu vergi ödəyicisinin iqtisadi göstəricilərini tam əks etdirməsini inzibati orqandan tələb edir. Təbii ki, biz anlayırıq, inzibati orqan qəbul etdiyi inzibati aktla qarşı tərəf üçün hüquqi nəticələr yaratdığına görə bu inzibati aktı sübut etmək onun vəzifəsidir. Yeri gəlmişkən, Vergi Məcəlləsində də analoji müddəalar var ki, vergi orqanı hesabladığı vergilərin qanuni və əsaslı olduğunu sübut etməyə borcludur. Lakin hər bir halda bu ədalətli olmur. Biz bunu "qara mühasibatlıq" sənədlərində, uçot (gəlir-xərc uçotu) aparmayan istehsal müəssisələrinin vergiyə cəlb olunmasında görürük. Ümumiyyətlə, sənədləşmə problemini bütün hallarda biz müşahidə edə bilirik", - deyə o əlavə edib.
Bundan başqa, vergi rəsmisinin sözlərinə görə, məhkəmədə mübahisələndirilən cəmi səyyar vergi yoxlamaları bütün yoxlamaların 15 %-ni təşkil edir: "Səyyar vergi yoxlamaları bizdə kifayət qədər az saydadır. Kameral qaydada hesablanmış vergilərin cəmi 0,3 %-i, operativ vergi nəzarəti tədbirlərinin isə təxminən 0,5 %-i məhkəmələrdə mübahisələndirilir. 2025-ci ildə Azərbaycanda vergi orqanlarının qəbul etdiyi inzibati aktlardan onların özünə edilən şikayətlərin sayı 9 866, məhkəmədə baxılan işlərin sayı isə 890 olub. Bu o deməkdir ki, artıq sahibkar, vətəndaş başa düşür ki, məhkəmə icraatı kifayət qədər vaxt aparır. O, dəlillərindən əmindirsə və yaxud sübut etməklə bağlı inzibati orqana etimadı varsa, inzibati qaydada şikayət verir. Və bu şikayət "İnzibati icraat haqqında" qanunla müəyyən olunmuş 30 gün ərzində həll olunur. Təxminən son 4-5 ilin statistikasına nəzər salanda, bir qayda olaraq ildə 9-10 min arası inzibati şikayət görə bilərik. Siz deyə bilərsiniz ki, bunun belə çox olmasının səbəbi nədir, əgər inzibati icraat bu qədər qanunauyğun həyata keçirilirsə? Məsələ ondadır ki, hər bir orqanda inzibati icraatın xüsusiyyətləri var. Ölkədə 1,7 milyon vergi ödəyicisi var, onlardan 860 mindən çoxu aktiv fəaliyyət göstərir. Onların mütləq əksəriyyəti mikro sahibkarlardır, hansıların ki, maliyyə savadlılığı o qədər də yüksək səviyyədə deyil". (Report)











