Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər təqvim ili ərzində ümumi gəlirdən bu gəlirin əldə edilməsi ilə əlaqədar çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə vergi ödəməlidirlər.
Hansı vergi ödəyiciləri işğaldan azad edilmiş ərazinin - REZİDENTİ SAYILMIR?
Dövlət Vergi Xidmətindən FED.az-a bildirilib ki, Vergi Məcəlləsində edilmiş dəyişikliklərə əsasən, qeyri-sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar isə illik gəlirdən 14 faiz dərəcə ilə gəlir vergisi hesablamalıdırlar. Muzdlu işçi kimi cəlb edilməyən fiziki şəxslərə ödənilən maddi yardım, mükafat və təqaüdlərdən, habelə vəkil qurumlarının tərkibində fəaliyyət göstərən vəkillərin həmin qurum tərəfindən ödənilən gəlirlərindən 14 faiz dərəcə ilə vergi tutulmalıdır.
Həmçinin Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikrosahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır.