Mən Zəngilan rayonunda doğulmuşam. Fərdi sahibkar olaraq Zəngilan rayon Vergilər Şöbəsində qeydiyyatdayam amma Bakı şəhərində pərakəndə satış fəaliyyəti ilə məşğulam. Bilmək istəyirəm, işğaldan azad olunmuş ərazilərlə bağlı 2023-cü ilin 1 yanvar tarixindən Vergi Məcəlləsinə əlavə edilmiş vergi güzəştlərindən istifadə edə bilərəmmi?
FED.az xəbər verir ki, Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 1 yanvar 2023-cü ildən qüvvəyə minmiş müddəalarına əsasən, Vergi Məcəlləsinin XIX fəslinin məqsədləri üçün işğaldan azad edilmiş ərazinin rezidenti dedikdə, işğaldan azad edilmiş ərazilərdə vergi uçotuna alınan və bilavasitə həmin ərazilərdə fəaliyyət göstərən hüquqi və fiziki şəxslər başa düşülür və bu fəsildə nəzərdə tutulmuş vergi azadolmaları həmin şəxslərə tətbiq edilir.
Buna əsasən, işğaldan azad edilmiş ərazidə vergi uçotunda olmasına baxmayaraq, Bakı şəhərində fəaliyyət göstərən vergi ödəyiciləri işğaldan azad edilmiş ərazinin rezidenti sayılmır və həmin şəxslərə Vergi Məcəlləsinin XIX fəslində nəzərdə tutulmuş vergi güzəştləri şamil edilmir.
Əsas: Vergi Məcəlləsinin 226.1-ci və 226.2-ci maddələr