Bu il iyulun 1-nə ölkədə aktiv vergi ödəyicilərinin sayı artaraq 778 min ödəyici təşkil edib.
Yerli və xarici investisiyalı MMC-lərin elektron dövlət qeydiyyatı prosedurları eyniləşdirilir
FED.az xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Anar Axundov Bakıda keçirilən I Milli Rəqabət Forumunda deyib.
Nazir müavini qeyd edib ki, Azərbaycanda sahibkarlığın rolu gündən-günə genişlənir və özəl sektor iqtisadiyyatın aparıcı qüvvəsinə çevrilib. Hazırda ölkə üzrə sahibkarlıq subyektlərinin mütləq əksəriyyəti kiçik və orta sahibkarlıq subyektləridir və onların əlavə dəyərin yaradılmasında, ixrac, məşğulluq və investisiyalarda payı artır. (Azərtac)