İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir.
Vergidən yayınmaq üçün vətəndaşlara kartdan-karta - ÖDƏNİŞ TƏKLİF EDİLİR... - VİDEO
FED.az xəbər verir ki, Dövlət Vergi Xidmətinin yaydığı məlumatda bildirilir ki, indiyədək ölkə ərazisində 90 min 138 ədəd belə NKA quraşdırılıb.
"Yeni nəsil NKA-dan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb. 2023-ci ilin yanvar-may ayları ərzində yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 8,5 milyard manatdan çox olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 18 faiz çoxdur",- məlumatda bildirilib.