Son zamanlar bəzi restoranlar müştərilərə kartdan-karta ödənişi təklif edirlər.
Azərbaycanda ƏDV üzrə proqnoz - 18%-DƏN ÇOX ARTIRILIR
FED.az xəbər verir ki, artıq bəzi sahibkarlar bu ödəniş növünə üstünlük verməyə başlayıb.
İqtisadçı ekspert Rəşad Həsənov deyir ki, kartdan-karta ödəniş rəsmi ödəniş sayılmadığından bu qeyri-qanuni ödəniş növüdür.
Ekspert bildirdi ki, bu sahədə hər hansı bir texniki problem yaranıbsa bu barədə əvvəlcədən müştəriyə xəbərdarlıq etməlidir.
Dövlət Vergi Xidmətindən isə bildirildi ki, kartdan-karta ödəmə qanunsuz sayılır.
Vergi Məcəlləsinə görə POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbul olunmasından imtina olunmasına görə vergi ödəyicisinə 1000-manatdan 6 min manatadək maliyyə sanksiyaları tətbiq olunur.
Belə hallarla üzləşən vətəndaşlar Dövlət Vergi Xidmətinə müraciət edə bilərlər. (Xezerxeber.az)