Bu ilin yanvar-iyul aylarında Naxçıvan MR-da məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 86,6 milyon manat təşkil edib.
Naxçıvanda vergi daxilolmaları - 38 FAİZ ARTIB
FED.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,1 % çoxdur.
7 aylıq daxilolmalarının 24,5 milyon manatı qeyri-büdcə təşkilatlarının payına düşüb. Bu isə 1 il əvvələ nisbətən 17,2 % çoxdur.
Hesabat dövründə muxtar respublikada işsizlikdən sığorta haqları üzrə daxilolmalar 17,9 % artaraq 2,3 milyon manat, icbari tibbi sığorta haqları üzrə daxilolmalar isə 8,3 % artaraq 14 milyon manat olub. (Report)