Naxçıvan Muxtar Respublikasında (MR) vergi daxilolmalarında müsbət dinamika davam edir.
Azərbaycanda vergi daxilolmaları - 23% ARTIB
FED.az xəbər verir ki, bu barədə Dövlət Vergi Xidmətinin yaydığı məlumatda deyilir.
Bildirilib ki, 2023-cü ilin 7 ayında muxtar respublikanın Dövlət Vergi Xidmətinin (DVX) xətti ilə büdcəyə 90,7 milyon manatdan çox vergi daxil olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 38 faiz və ya 25 milyon manat çoxdur.
Qeyd edilib ki, Naxçıvan MR DVX-də qeydiyyatda olan vergi ödəyiciləri üzrə vergi daxilolmaları ötən ilin müvafiq dövrü ilə müqayisədə, 46,4 faiz və ya 28,1 milyon manat artıb.
Əlavə edilib ki, bu ilin iyul ayı üzrə vergi daxilolmalarında 2022-ci ilin müvafiq dövrünə nisbətən 49,1 faiz və ya 4,9 milyon manat artım qeydə alınıb.