Mən vergi orqanında uçota alınmışam. Lakin indiyə qədər heç bir fəaliyyətim olmayıb. Bilmək istəyirəm ki, belə olan halda mənə cərimə tətbiq edilə bilərmi?
Vergi Xidməti: Ötən il 32,5 milyon manat məbləğində vurulmuş ziyan dövlət büdcəsinə ödətdirilib
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən FED.az-a bildirilib ki, vergi ödəyicisinin hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatı olmadığı halda, o, vergi orqanına vergi hesabatının əvəzinə hesabatın təqdim olunması üçün müəyyən edilmiş müddətdən gec olmayaraq, “Vergi, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliklərin yaranmaması haqqında arayış” təqdim etməlidir.
Vergi Məcəlləsinə əsasən, 01.01.2023-cü il tarixdən etibarən yalnız hesabat dövrü üzrə vergi tutulan və ya vergidən azad edilən əməliyyatlar aparan, habelə vergitutma obyektləri olan vergi ödəyicisi tərəfindən vergi hesabatının əsas olmadan müəyyən edilmiş müddətdə təqdim olunmamasına görə vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
Hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatı olmayan vergi ödəyicilərinə vergi hesabatının əsas olmadan müəyyən edilmiş müddətdə təqdim olunmamasına görə maliyyə sanksiyası tətbiq edilmir.
Əsas: Vergi Məcəlləsinin 16.2-ci və 57.1-ci maddələri