Mülki Məcəllənin 91.4-cü maddəsinə uyğun olaraq, məhdud məsuliyyətli cəmiyyət (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor (kənar audit) cəlb etməlidir.
Dövlət Xidməti vergidən yayınan şirkətlərin faktiki rəhbərlərini - AŞKAR EDƏCƏK
FED.az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, Mülki Məcəllənin 107.6-cı maddəsinə əsasən, bu Məcəllənin 99-cu maddəsində göstərilən sənədlərin dərci zamanı səhmdar cəmiyyəti illik maliyyə hesabatlarının yoxlanılması üçün müstəqil auditoru cəlb etməyə borcludur.
Qeyd olunub MMC-lərdə olduğu kimi, ASC-lərdə də kənar audit keçirilməsi məsələsində mikro və kiçik sahibkarlıq subyektlərinə istisna mövcuddur.
Vergi Məcəlləsinin 23-cü maddəsinə uyğun olaraq, vergi orqanının vəzifələrinə vergiödəyicisi auditor tərəfindən yoxlanılmalı olduğu halda ondan auditor rəyini tələb etmək də şamil olunub. Təcrübədə vergi orqanı kənar audit keçirilməsi şərt olan vergiödəyicilərindən auditor rəyi tələb edir.
Həmçinin vergi orqanı əsasən səhmdar cəmiyyətlərdən auditor rəyini istəyir. Orta və iri sahibkarlıq subyektləri olan məhdud məsuliyyətli cəmiyyətlərdən istisna hallarda auditor rəyi tələb olunur.