Azərbaycanda xaricdən idxal edilən malları gömrük orqanları tərəfindən saxlanılan iş adamı Dövlət Gömrük Komitəsinə məhkəmədə qalib gəlib.
“Həbsimi rəqib şirkətin rəhbərliyi sifariş verib, onların cəzalandırılmasını istəyirəm”
FED.az xəbər verir ki, «Ambiance Med» MMC şirkətinin müraciəti əsasında Bakı İnzibati Məhkəməsi şirkətin indiyədək avtomobillərdə saxlanılan mallarının anbara boşaldılması barədə qərar qəbul edib
Şirkətin rəhbəri Elnarə Əliyeva FED.az-a bildirib ki, məhkəmə qərarına baxmayaraq indiyədək komitə qərarı icra etməyib.
«Məhkəmə qərarından bir həftədən artıq vaxt keəməsinə baxmayaraq indiyədək bu qərar icra edilməyib. Məhkəmə qərarına əsasən mallar boşaldılmalı olan anbarlardan heç biri bu malların saxlanılması üçün tələb olunan şəraitə malik deyil».
Xatırladaq ki, ölkəyə qida əlavələri idxal edən «Ambiance Med» MMC şirkəti ilə həmin məhsulların gömrük rəsmiləşdirməsini həyata keçirən Dövlət Gömrük Komitəsi arasında mübahisə yaranıb. Şirkət Komitəni qanunda nəzərdə tutulandan daha artıq ödəniş tələb etməkdə ittiham edir.
Komitə isə idxal edilən məhsulların sənəddə göstərilən qiymətinin daxili bazardla müqayisədə xeyli aşağı olduğunu əsas gətirir.