Birja əməliyyatlarında, yaxud Azərbaycanda fəaliyyət göstərən bankların həyata keçirdiyi qiymətli kağızlar hərracında alğı-satqı zamanı qazanılan gəlirin vergisi necə hesablanır?
Birja əməliyyatlarından əldə edilən gəlirlər vergiyə - CƏLB OLUNURMU?
Dövlət Vergi Xidmətindən FED.az-a bildirilib ki, birja əməliyyatlarından gəlir əldə edən şəxs vergi orqanlarında uçota alınmaqla VÖEN əldə etməli və əldə edilən gəlirdən Vergi Məcəlləsinin 101.2-ci maddəsinə uyğun olaraq 14 faiz dərəcə ilə gəlir vergisi hesablayaraq növbəti ilin martın 31-dən gec olmayaraq gəlir vergisi bəyannaməsini vergi orqanına təqdim etməklə dövlət büdcəsinə ödəməlidir.
Belə ki, Vergi Məcəlləsinin 99.3.8-ci maddəsinə əsasən, vergiödəyicisinin aktivlərinin ilkin qiymətinin artdığını göstərən hər hansı digər gəlir (təqdim olunduğu təqdirdə) - əməkhaqqından başqa onun qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəliri hesab olunur.