Birja əməliyyatlarından əldə edilən gəlirlər və Azərbaycanda fəaliyyət göstərən bankların həyata keçirdiyi qiymətli kağızlar hərracında alğı-satqı zamanı vergi ödənilməlidirmi?
Vergi Xidməti planı böyük artıqlaması ilə yerinə yetirir - NAZİR MƏLUMAT PAYLAŞDI
FED.az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, birja əməliyyatlarından gəlir əldə edən şəxs vergi orqanlarında uçota alınmaqla VÖEN əldə etməli və əldə edilən gəlirdən Vergi Məcəlləsinin 101.2-ci maddəsinə uyğun olaraq 14 faiz dərəcə ilə gəlir vergisi hesablayaraq növbəti ilin martın 31-dən gec olmayaraq gəlir vergisi bəyannaməsini vergi orqanına təqdim etməklə dövlət büdcəsinə ödəməlidir.
Belə ki, Vergi Məcəlləsinin 99.3.8-ci maddəsinə əsasən, vergiödəyicisinin aktivlərinin ilkin qiymətinin artdığını göstərən hər hansı digər gəlir (təqdim olunduğu təqdirdə) - əməkhaqqından başqa onun qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəliri hesab olunur.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.