Azərbaycanda əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 464 906 vahid artaraq bu il aprelin 1-nə 1 milyon 886 min 821-ə çatıb.
Bu barədə FED.az-a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.
Məlumata görə, bu illər ərzində qeyri-neft sektorunun özəl bölməsində həmin göstərici 436 770 vahid artaraq 976 692 olub.
"Təşviq əsaslı vergi siyasətinin əmək bazarına müsbət təsirləri davam edir", - deyə məlumatda qeyd olunub.