Bu il fevralın 1-nə Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 0,3 % artaraq 713,8 minə çatıb.
Orxan Nəzərli: "Ötən il dövlət büdcəsinə vergi daxilolmaları 21 milyard manatı keçib"
FED.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, həmin tarixə aktiv ƏDV ödəyicilərinin sayı 1,3 % artıb və 40,5 min olub.
Ay ərzində aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə 188,5 min olub