Ötən il dövlət büdcəsinə vergi daxilolmalarının yerinə yetirilməsində rəqəmsallaşma prioritetlərdən biri olub.
Kartlarda olan pullar - VERGİYƏ CƏLB OLUNACAQ?
FED.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli "Heydər Əliyev və Azərbaycanın vergi sistemi: yeni çağırışlara doğru" konfransında çıxışı zamanı bildirib.
"Dövlət Vergi Xidməti tərəfindən dövlət büdcəsinə daxilolmalar 2022-ci ildə 21,1 milyard manat təşkil edib. Bu da büdcənin 78,9%-ni təşkil edib. Vergi daxilolmaları ötən il 15,5 mlrd. manat olub ki, bu da 2021-ci illə müqayisədə 82,2% çoxdur. Qeyri-neft sektorundan vergi daxilolmaları isə ötən il 8,1 mlrd. manat təşkil edib. Bu, 2021-ci illə müqayisədə 27,9% artım deməkdir. Ötən il ÜDM-in nominal artım tempi 21,6% təşkil edib. Vergi daxilolmalarından nominal artım tempi isə 27,9% təşkil edib ", - deyə Orxan Nəzərli bildirib. (Apa)