Azərbaycan tekstil sənayesinin nümayəndələri bu sahədə hesabatlılığın sadələşdirilməsini istəyir.
«Söz verib ki, bu problemləri Gömrük Komitəsinin sədrinə çatdıracaq»
FED.az xəbər verir ki, onlar bu barədə təklifi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri ilə görüşdə irəli sürüblər.
DVX-nin Vergi siyasəti Baş İdarəsinin təşkil etdiyi görüş tekstil məmulatlarının istehsalı və idxalı ilə məşğul olan bir sıra vergi ödəyicilərinin nümayəndələrinin və Xidmətin aidiyyəti strukturlarının iştirakı ilə onlayn formatda keçirilib. Görüşdə ölkəmizdə tekstil sənayesinin mövcud vəziyyəti və inkişafı ilə bağlı gələcək fəaliyyət istiqamətləri müzakirə olunub.
Dövlət - biznes əməkdaşlığının daha da genişləndirilməsi və vergi qanunvericiliyinin təkmilləşdirilməsi məqsədilə sahibkarların rəy və təkliflərinin öyrənilməsi üçün belə görüşlərin davam etdiriləcəyi iştirakçıların diqqətinə çatdırılıb.