Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyasının (AFRA) İdarə Heyətinin sədri Fərid Novruzi ilə Azərbaycanda Amerika Ticarət Palatasının (AMCHAM) Vergi və gömrük komitəsinin rəhbəri Nərmin Aslanova arasında görüş keçirilib.
FED.az xəbər verir ki, görüşün əsas məqsədi, hər iki ildən bir, AmCham üzvlərinin rəyi əsasında Azərbaycanda biznes mühitininə dair ümumi fikri təmsil edən “Ağ Sənəd “-in hazırlanması və həmin sənəddə pərakəndə geyim idxalçılarının rəyinin nəzərə alınması idi. “Ağ Sənəd” ölkə başçısına təqdim olunmaq üçün hazırlanır.
Gömrükdə sezon geyimləri ilə "outlet" geyimlərdən - VERGİ FƏRQLİ QAYDADA TUTULMALIDIR - MÜSAHİBƏ
Fərid Novruzi, komitə rəhbəri Nərmin Aslanovaya pərakəndə geyim idxalçılarının üzləşdiyi əsas problemlər - xarici onlayn platformaların aktivliyi, yüksək gömrük yığımları və Əlavə Dəyər Vergisinin idxal zamanı (satış həyata keçirilməmiş) yığılmasının geyim idxalçıları sahəsində fəaliyyət göstərən sahibkarların qeyri sağlam rəqamət mühiti ilə üzləşməsi, hətta bəzi brendlərin Azərbaycandan getməsi ehtimalının yüksək olması barədə məlumat verdi.
Nərmin Aslanova qeyd olunan problemlərin , yeni təyin olunmuş Dovlər Gömrük Komitəsinin sədri Şahin Bağırovla görüşdə səsləndirəcəyinə söz verdi.