FED.az xəbər verir ki, "Xalq Bank" Bankın Bakı filialları üçün Kredit şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.
Eləcə də bax: "PAŞA Bank" işçi axtarır - VAKANSİYA
İş qrafiki: 09:00 - 18:00 / Bazar ertəsi - Cümə
Şəhər: Bakı
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
Maliyyə, İqtisadiyyat, Menecment və hüquq sahəsində ali magistr təhsili (və ya ona bərabər tutulan təhsil səviyyəsi);
Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
Bank və ya bank olmayan kredit təşkilatında təcrübə arzuolunandır;
Yenilikləri intensiv və dərindən mənimsəmə bacarığı;
Problemli kreditlərin həlli istiqamətində bilik və bacarığının olması;
Analitik zəkaya malik olmaq və müştərilərlə işləmək qabiliyyəti;
Riyazi hesablama aparmaq qabiliyyəti;
Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
Kompyuter bilikləri
İŞİN TƏSVİRİ:
Müştəriyə bankın kredit məhsullarına dair məlumatın verilməsi;
Kredit müraciətlərinin qəbulu və analizi;
Filiallarda monitorinqlər aparmaqla kreditlərin verilməsi şərtlərinə (kreditin təyinatı, girov təminatı, borcalanın ödəmə qabiliyyəti və s.) əməl olunmasına nəzarət edilməsi;
Bankın kredit əməliyyatlarının müvafiq qanunvericilik və normativ aktlara uyğun olaraq aparılmasına nəzarət edilməsi;
Müraciətlərin Bankın kredit komitəsində müdafiəsi;
Kredit sənədlərinin tərtibi;
Kredit portfelinə nəzarət və idarə etmək;
Müştəri hesablarının aparılmasına nəzarət;
Verilmiş kreditlərə dair xidmətlər və onların monitorinqinin aparılması.
Qeyd: Tələblərə uyğun olmayan və mail-də "Mövzu" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan CV-lərə baxılmayacaq. CV-lər azərbaycan dilində, Xalq Bankın CV formasını doldurmaqla göndərilməlidir.
Əlaqə vasitələri:
E - mail: [email protected]
Telefon: (012) 404 43 39
Faks: (012) 404 43 34