FED.az xəbər verir ki, "PAŞA Bank" APİ və Vəsaitlərin Köçürülmə Dəyərlənməsi şöbəsinin rəhbəri vəzifəsi üzrə vakansiya elan edir.
Eləcə də bax: "Baku Electronics LTD" işçi axtarır - VAKANSİYA
Əsas vəzifə öhdəlikləri:
• Bankın qısa və uzunmüddətli likvidliyini idarə etmək
• Vəsaitlərin köçürülmə dəyəri (FTP) sisteminin və balansın düzgün şəkildə idarə olunmasına nəzarət
• ALCO (Aktiv və passivlərin idarə edilməsi Komitəsi) paketinin səmərəli və düzgün şəkildə idarə edilməsi
• Aktiv və Passivlərin İdarə olunması (ALM) üçün siyasət və prosedurların müəyyənləşdirilməsi
• Maliyyə risklərinin Bankın qəbul edəcəyi risk limitləri çərçivəsində olması və risklərin idarəedilməsi proses və prosedurları ilə uyğunluğunun təmin edilməsi
• Kapital Adekvatlığı Əmsalında (CAR) potensial pozuntu hallarının və əlavə kapital üzrə ehtiyacın proqnozlaşdırılması
• Aktivlərin optimal bölüşdürülməsinin təmin edilməsi
Tələb olunan bilik, bacarıq və təcrübə:
• Təhsil: Maliyyə, iqtisadiyyat və ya digər müvafiq sahə üzrə Bakalavr təhsili
• İş təcrübəsi: Xəzinədarlıq, maliyyə və ya müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi
• Lisenziya/Sertifikat: CFA (Sertifikatlaşdırılmış maliyyə təmsilçisi) sertifikata üstünlük verilir
• Xarici dil: İngilis dili (səlis)
• Kompüter bilikləri: Microsoft Office (mükəmməl); VBA proqramına üstünlük verilir
Başqa tələblər:
• Xarici və yerli kapital bazarı anlayışı
• Xarici və yerli pul bazarı anlayışı
• Xarici və yerli FX bazarı anlayışı
• Xarici və yerli QK bazarı anlayışı
• Xəzinədarlıq məhsullarının anlayışı
• Xarici və yerli törəmə məhsullarının anlayışı
Vəzifə tələblərinə cavab verən namizədlərdən rəsmi müraciətlərini 22.02.2020-ci il tarixinədək [email protected] elektron ünvanına email-in mövzu hissəsində “APİ və Vəsaitlərin Köçürülmə Dəyərlənməsi şöbəsinin rəhbəri” yazaraq göndərmələri xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.