Veysəloğlu Şirkətlər Qrupu
Hüquq Şöbə Rəhbəri
Son tarix 19 sen 2024 - [email protected]
Ümumi məlumat:
Sizə sürətlə böyüyən #Veysəloğlu Şirkətlər Qrupunun #dinamik #iş mühitində #perspektivli iş təklif edirik.
Öhdəliklər:
- Şirkətin Hüquq şöbənin fəaliyyətinin təşkil edilməsi və ona rəhbərlik edilməsi, əməkdaşları tərəfindən əsas vəzifə və funksiyaların vaxtında və düzgün icra edilməsinə nəzarət edilməsi;
- Şirkətin biznes fəaliyyətinin hüquqi təminatının və qanunvericiliyə uyğunluğunun təmin edilməsi işinin təşkili;
- Mülki, maliyyə, vergi, əmək, ticarət, rəqabət və başqa sahələr üzrə qanunvericiliyin təhlili və tətbiqinə nəzarətin həyata keçirilməsi;
- Yerli və xarici müqavilələrin layihələrinin tərtibi və ekspertizasına təmin və təşkil edilməsi, onların təhlili və ümumiləşdirilməsi;
- Şirkətin daxili normativ sənədlərinin, əmr, sərəncam, təlimat, qayda, protokol, prosedur və digər hüquqi rəy tələb olunan sənədlərin qanunvericiliyə uyğunluğunun yoxlanması, həmçinin belə sənədlərin hazırlanması, yenilənməsi, saxlanması, biznes proseslərə uyğunlaşdırılmasının təmin və təşkil edilməsi;
- Hüquqi məsələlərlə bağlı müvafiq təşkilatlar, qurumlar, hüquqi şəxslər və dövlət orqanları ilə münasibətlərin təşkil olunması, müvafiq orqanlara sorğuların göndərilməsi, onların məktublarına (sorğulara, müraciətlərə) cavabların hazırlanması və ya belə cavablara hüquqi rəyin verilməsi işini təşkili və rəsmi kargüzarlıq funksiyalarına ümumi rəhbərliyin və nəzarətin həyata keçirilməsi;
- Yaranan mübahisələrin məhkəməyə qədər (pretenziya) qaydada nizama salınmasına dair tədbirlərin görülməsi üçün təkliflərin verilməsi;
- Şirkətin hüquqlarının və qanuni maraqlarının məhkəmə hüquq mühafizə, nəzarət, tənzimləyici və digər orqanlarında yüksək peşəkarlıqla təmsilçiliyinin təmin və təşkil edilməsi;
- Məhkəmə və icraat işlərinin hüquqi təminatına nəzarətin həyata keçirilməsi;
- Yuxarı rəhbər strukturların tapşırıqlarının yerinə yetirilməsi və hesabatların verilməsi.
Ümumi tələblər:
- Ali hüquq təhsili (LLM dərəcəsi arzuolunandır)
- Hüquq sahəsində ən azı 5 il (hüquq strukturunda rəhbər vəzifədə ən azı 2 il) müvafiq iş təcrübəsi (distribusiya, retail (FMCG) və digər əlaqəli bizneslərdə hüquq təcrübəsi olanlara üstünlük verilir).
- Mülki hüquq (korporativ hüquq, müqavilə hüququ və s.), əmək hüququ, rəqabət hüququ, ticarət hüququ, əqli mülkiyyət hüququ, vergi hüququ, istehlakçı hüquqları və sahibkarlıq fəaliyyətini tənzimləyən digər hüquq sahələri, habelə, mülki, inzibati, cinayət prosessual qanunvericiliyi üzrə bilik və bacarıqlar,
- Azərbaycan, ingilis, rus, türk dillərində hüquqi sənədlərlə işləmək və kommunikasiya bacarığı;
- Hüquqi aspektlərlə bağlı problemləri müəyyən etmək və mümkün həll yollarını tapmaq bacarığı;
- Liderlik, ekspertlik, yaxşı ünsiyyət və komanda ilə işləmək bacarıqları, işdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti.
Maraqlananlar vakansiya ilə bağlı cv-lərini “Hüquq Şöbə Rəhbəri” başlığı altında [email protected] və job.veyseloglu.az ünvanına göndərə bilərlər.
Elektrik Mühəndisi
Son tarix 19 sen 2024 - [email protected]
Ümumi məlumat:
Sizə sürətlə böyüyən #Veysəloğlu Şirkətlər Qrupunun #dinamik #iş mühitində #perspektivli iş təklif edirik.
Vəzifə öhdəlikləri:
- Layihələndirmə məlumatlarını qəbul etmək, analiz etmək, ehtiyac və hədəflərə uyğun olaraq, mexanika, elektrik, zəif-axın sistemlərinin uyğunluğu barədə rəhbərliyə hesabat təqdim etmək
- Layihələndirilən cizgilərin elektrik sistemləri bölmələrini estetik, texniki tələblərə və ətraf mühitə uyğunluğunu yoxlamaq və layihəçiləri bu tələblərə istiqamətləndirmək
- MEP üzrə layihələrin analiz olunması, memarlıq, konstruksiya, elektrik və digər bölmələrlə üzləşmasını nəzarətdə saxlamaq
- MEP sistemlərinin sınaqlarının təşkili, prosedurlarının hazırlanması, sənədləşmənin aparılması
- Layihələndirmə müddətlərinin elektrik hissələri üçün təyin edilməsi barədə müvafiq məsləhətləri vermək və bütün mərhələlərdə iş qrafikinin layihələndirməyə aid iş həcmlərinə uyğunluğunu yoxlamaq
- Layihənin müvafiq olaraq elektrik sistemləri üzrə satınalma strategiyasının təyin edilməsi prosesində iştirak etmək və müvafiq peşəkar rəy bildirmək, tender prosesinə texniki dəstək vermək
- Layihəçi şirkətlər tərəfindən tamamlanmış elektrik sistemləri üzrə layihə sənədlərinin dövlət strukturları tərəfindən tam şəkildə təsdiq edilməsini və təsdiqlənmiş işçi layihə paketinin tikinti üçün müvafiq qaydada təqdim edilməsini təmin etmək
- Layihələrin elektrik hissələrinin icra planını baxışdan keçirmək və təkmilləşdirilməsi məqsədi ilə layihə müdirinə öz texniki rəyini təmin etmək;
- Elektrik sistemləri üzrə sınaq və inspeksiyalarında ehtiyac olduğu təqdirdə iştirak etmək və tikintinin təhvil-təslim prosesini təşkil etmək
- Tələb edildiyi halda layihənin bütün mərhələlərində elektrik sistemləri üzrə sənədlərə ekspert rəyi vermək, təhlillər aparmaq, büdcə və xərclərinin optimallaşdırılması üçün təkliflər vermək;
Ümumi tələblər:
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi
- Elektrik mühəndisliyi və ya aidiyyati sahə üzrə ali təhsil
- Kompyuter bilikləri-Autocad 2d,MS office,Dialux Evo
Maraqlananlar vakansiya ilə bağlı cv-lərini “Elektrik Mühəndisi” başlığı altında [email protected] və job.veyseloglu.az ünvanına göndərə bilərlər