STP Metal Structures
Mühasib
Son tarix 27 mar 2024 [email protected]
Vəzifə öhdəlikləri:
- Şirkətin uçot siyasətinə uyğun olaraq baş vermiş mühasibat əməliyyatlarını vaxtında və düzgün formada uçotun aparıldığı proqram təminatına işləmək;
- Şirkətin rəsmi və idarəetmə mühasibatlığına aid olan sənədlərin hazırlanmasında iştirak etmək;
- Mal-material qiymətlilərin inventarizasiyasında iştirak etmək;
- Şirkətin baş mühasibi və Maliyyə meneceri tərəfindən müəyyən edilmiş səlahiyyətlər çərçivəsində digər funksiyaları yerinə yetirmək.
Namizədə aid tələblər:
- Ali təhsil (maliyyə, mühasibatlıq üzrə);
- Müvafiq sahədə 1 il və üzəri iş təcrübəsi;
- ERP bazasında (1C, Logo Tiger və s. kimi) iş təcrübəsi;
- MS Office proqramlarında, Exceldə əla işləmə bacarığı;
- Dəqiqlik, detallara fikir vermə qabiliyyəti;
İş şəraiti:
- 5 günlük iş qrafiki;
- İş yeri: Sumqayıt şəhəri;
- Könüllü tibbi sığorta təminatı;
- Korporativ nömrə;
- Nahar şirkət tərəfindən verilir;
- Nəqliyyat şirkət tərəfindən təmin olunur;
- Əmək haqqı: 900-1100AZN
Tələblərə uyğun namizədlər CV formalarını elektron poçt ünvanına, mövzu hissəsinə “Mühasib” yazaraq göndərə bilərlər.
Maliyyə mütəxəssisi
Son tarix 27 mar 2024 [email protected]
Vəzifə öhdəlikləri:
- Layihə hesabatlarının hazırlanması və təhlili;
- Maliyyə hesabatlarının hazırlanmasında iştirak etmək
- Maliyyə hesabatlarınən təhlili;
- Xərclərin təhlili və büdcənin icrasına nəzarətdə iştirak etmək;
- Daxili maliyyə təftişi prosesində iştirak etmək;
Namizədə aid tələblər:
- Ali təhsil: (maliyyə, mühasibatlıq, audit ixtisasları üzrə);
- Audit, maliyyə, xərclərə nəzarət sahələrindən hər hansı biri üzrə minimum 2 ilə qədər iş təcrübəsi (istehsalat sahəsində iş təcrübəsi arzu-olunandır);
- Müvafiq sahədə beynəlxalq sertifikatların olması üstünlükdür
- Kompüter bilikləri: MS Excel bilikləri – yaxşı səviyyədə olmalı (riyazi, məntiqi, data ilə bağlı funksiyalar);
- Mühasibatlıq sahəsində nəzəri biliklər;
- Analitik düşünmə və yüksək riyazi analiz qabiliyyəti;
- Dəqiqlik, detallara fikir vermə qabiliyyəti;
- Məsuliyyətlilik, qərar vermə və problem həll etmə, planlaşdırmaq və təşkil etmək, komandada işləmək bacarıqları;
İş şəraiti:
- 5 günlük iş qrafiki;
- İş yeri: Sumqayıt şəhəri;
- Korporativ nömrə, danışıq vaxtı və internet paket;
- Nahar şirkət tərəfindən verilir;
- Nəqliyyat şirkət tərəfindən təmin olunur;
- Əmək haqqı 1200-1400 manat.
Tələblərə uyğun namizədlər CV formalarını elektron poçt ünvanına, mövzu hissəsinə “Maliyyə mütəxəssisi” yazaraq göndərə bilərlər.