Sarda Group
Chief Accountant
Son tarix 12 okt 2025 - [email protected]
Vəzifə Öhdəlikləri:
- Elektron-qaimə fakturaların hazırlanması və göndərilməsi;
- Müqavilələrin tərtibi və tərtib edilmiş müqavilələrin mühasibat uçotu standartlarına, maliyyə hesabatlılığı prinsiplərinə və vergi qanunvericiliyinə uyğunluğunun yoxlanılması, habelə müqavilə şərtlərinin mühasibatlıq baxımından düzgün əks etdirilməsinin təmin edilməsi;
- Uçot üzrə bütün əməliyyatların 1C proqramına işlənilməsi
- Mal-material hesabatlarının işlənməsi
- Aylıq maliyyə hesabatlarının tərtib olunması və aidiyyatı üzrə təqdim olunması;
- Müəssisənin bütün əməliyyatlarının mühasibat uçotu hesablarında düzgün və tam şəkildə əks etdirilməsini təmin etmək.
- Əmək haqqı, ezamiyyə və son haqq-hesabların düzgün hesablanmasına, ödənilməsinə və mühasibat uçotunda əks olunmasına nəzarət etmək;
- ƏDV, Əmlak, ÖMV, Mənfəət bəyannamələrinin və statistik hesabatların hazırlanması və müvafiq dövlət orqanlarına təqdim olunmasını təmin etmək;
- Maliyyə və idarəetmə hesabatlarının vaxtında hazırlanması və rəhbərliyə təqdim olunması;
- e-taxes.gov.az (online kargüzarlıq, E-qaimə, Depozit hesabı və s.) sərbəst işləmə bacarığı;
- Ödəniş tapşırıqlarının internet banking vasitəsilə həyata keçiriləsi;
- Üzləşmə aktlarının tərtibi;
- Müəssisənin ümumi strateji planı çərçivəsində mühasibat uçotunun icrasının təmin edilməsi;
- Hesabat sənədlərinin düzgün tərtib olunmasının və tərkibində olan məlumatların doğruluğunun təmin edilməsi;
- Online kargüzarlıq ilə dövlət orqanları ilə qarşılıqlı yazışmanın təmin olunması və vaxtında cavablanması;
- Aylıq, rüblük və illik vergi hesabatlarının və arayışların hazırlanması, bu hesabatların vəziyyətinin izlənilməsi, daxil olan kameral uyğunsuzluq məktublarının və sorğuların cavablandırılması,
- Dövlət büdcəsinə ödəniləcək vəsaitlərin dəqiq hesablanılmasını və vaxtında ödənilməsini təmin etmək;
- Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında və dəqiq yerinə yetirilməsi.
Namizədə dair tələblər:
- Ali təhsil (maliyyə, mühasibatlıq və ya əlaqəli sahə üzrə);
- Baş mühasib vəzifəsində minimum 3 il iş təcrübəsi;
- Azərbaycan Respublikasının Vergi Məcəlləsini, Əmək Qanunvericiliyini və müvafiq normativ aktlar üzrə biliklər;
- 1C mühasibat proqramında sərbəst işləmək bacarığı;
- Azərbaycan dili sərbəst, rus dili bilikləri üstünlükdür;
- Dəqiq və məsuliyyətli olmaq, detallara diqqət etmək.
- Analitik düşüncə, idarəçilik və təşkilatçılıq bacarıqları, hesabatlılığı aydın təqdim etmək bacarığı.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.