PFM Catering
Baş mühasib
Son tarix 27 avq 2024 - [email protected]
İşin təsviri:
- Müəssisənin fəaliyyətinin strukturuna və xüsusiyyətlərinə əsaslanaraq mühasibat uçotunun formalaşdırılması və aparılmasını həyata keçirmək
- Müəssisənin uçot siyasətinin formalaşdırılmasını, mühasibat uçotunun hesablar planının, qanunvericiliklə nəzərdə tutulmuş hallarda ilkin mühasibat uçotu sənədlərinin formalarının tərtibini və təsdiqini, maliyyə hesabatlarının formalaşdırılmasını və vaxtında təqdim olunmasını təmin etmək
- Maliyyə-kassa intizamına ciddi riayət olunmasını, mühasibat sənədlərinin mühafizəsini, onların rəsmiləşdirilməsini və müəyyən edilmiş qaydada arxivə təhvil verilməsini təmin etmək.
- Aylıq xərclər smetasının planlaşdırılması və xərclərin plana uyğun sərfiyyatına nəzarət olunması;
- Əsas vəsaitlərin qanunvericiliyə uyğun amortizasiya və təmir xərclərinin yoxlanılmasının təmin edilməsi;
- Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
- Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsini təmin edir;
- Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi təmin edir;
- İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin, əmək haqqı fondunun hesablanmasına sərf olunmasına nəzarəti icra edir;
- ERP proqramında maliyyə hesabatlarının çıxarılmasını təmin edir.
- Mühasibat məsələləri, nəzarət, hesabat və iqtisadi təhlil üzrə müəssisənin bölmə işçilərinə rəhbərlik edilməsi.
- Rəhbərlik tərəfindən verilən aidiyyəti üzrə digər tapşırıqların yerinə yetirilməsi.
- Mühasibatlıq strukturunda öhdəliyinə verilən bütün əməliyyatlara nəzarət;
- İnventarizasiyanın aparılmasına nəzarət;
- Mənfəət vergi bəyannaməsinin hazırlanması;
- Statistika hesabatlarının hazırlanması;
- Mərkəzi bankdan gələn sorğuların cavablandırılması və Mərkəzi bankın tələbi olan hesabatların hazırlanması;
- Büdcə, mənfəət və zərər hesabatlarının hazırlanması;
- Vergi, DSMF, Statistika hesabatlarının təqdim olunmasını təmin etmək;
- Mənfəət/zərər, balans hesabatlarının düzgünlüyünə nəzarət;
- Aylıq maliyyə hesabatlarının hazırlanması və rəhbərlik tərəfindən təsdiq edilməsi.
- Rəhbərliyin tələbi ilə digər hesabatların hazırlanması;
Tələblər:
- İqtisadiyyat, maliyyə və ya müvafiq sahə üzrə ali təhsil;
- Mühasibat müxabirləşmələrini mükəmməl bilən;
- Mühasibatlıq sahəsində 3 ildən artıq iş təcrübəsi;
- Komandada işləmə bacarığı;
- Analitik düşünmə qabiliyyəti;
- Gündəlik iş prosesində bilikləri müstəqil tətbiq etmək bacarığı.
Qeyd
- Ünvan: Badamdar qəsəbəsi
- Əmək haqqı: 3000 manat.
- Qidalanma şirkət tərəfindən təşkil olunub.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini (foto ilə) mövzu yerinə “Baş mühasib” yazaraq, göndərilməsi xahiş olunur.
Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.