Melissa Group
Smeta üzrə mühəndis
Son tarix 28 may 2023 - [email protected]
Vəzifə öhdəlikləri:
- Tikinti üzrə verilmiş memarlıq və konstruktiv həllər əsasında smetaların tərtib edilməsi;
- Metodiki və normativ materialların, texniki sənədlərin, eləcə də işlənib hazırlanmış layihə və proqramların yerinə yetirilməsi üçün tədbirlər və təkliflərin işlənib hazırlanması;
- İnşa olunacaq obyektlər üzrə komplektləşdirilmiş layihə-smeta sənədlərinin olmasını və onların, təyinatına əsasən, tikinti-quraşdırma işlərinin icrası üçün verilməsinin təmin edilməsi;
- Obyektlərin layihələndirilməsi üçün, layihə təşkilatları ilə birlikdə titul siyahılarını işləyib hazırlanması;
- Tikintidə istifadə olunan materialların smeta və norma sənədlərində spesifikasiyası üzrə adlandırılmasını, anbar və mühasibat uçotunda eyniadlı material lüğətindən istifadəni təşkil etmək;
- Tikintidə istifadə olunan materialların təyinatı üzrə klasifikasiya və nomenklatura qrupıaşmalarını yaratmaq.
- Tikintidə istifadə olunacaq materialların smeta və norma qaydalarına uyğun istifadəsi və silinməsi proseslərinə 1C 8.3 proqramı vasitəsilə nəzarətin edilməsi.
- Hazırlanmış smetaya uyğun olaraq tikinti sahəsində birbaşa texniki nəzarətin həyata keçirilməsi.
- Müxtəlif tikinti-quraşdırma və təmir işlərinin səmərəli və optimalqiymətə yerinə yetirilməsiüçüntəkliflərinverilməsi.
- Ümumtikinti, təmir, MEP (elektrik quraşdırma, sanitar texniki, su təhcizatı, kanalizasiya) işləri üçün verilmiş layihələr əsasında material, iş həcmlərinin analizi və detallı smetaların tərtib edilməsi.
Bilməlidir:
- Azərbaycan Respublikasının ərazisində mövcud tikinti norma və qaydaları, eləcə də, müvafiq normativ hüquqi aktlarını;
- Layihə-smeta sənədlərinin işlənib hazırlanmasının təşkilini, onların razılaşdırma və təsdiq etmə qaydalarını;
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalarını.
Vəzifəyə dair tələblər:
- Müvafiq sahədə 5 ildən az olmayan iş təcrübəsi;
- İnşaat mühəndisliyi üzrə ali təhsil;
- Eskiz və işçi layihəni oxuma bacarığı;
- Kompyuter biliyi: yüksək səviyyədə MS Excel, AutoCad biliyi, internetdə işləmək bacarığı;
- Məsuliyyətli, dəqiq və işini vaxtında, keyfiyyətli təhvil verilməsi;
- Müstəqil və ya komanda daxilində işləmək bacarığı;
- Fikrini detallar üzərində cəmləşdirmək və bir necə işi eyni zamanda aparmaq bacarığı.
Digər məlumat:
- Beş günlük iş qrafiki.
- Əmək haqqı: 1500 AZN.
- Cinsi : Kişi
- Yaşı : 28-50
- Dil biliyi : Azərbaycan ,Rus
CV-lərinizi [email protected] ünvanına "smeta üzrə mühəndis" başlığı ilə göndərməyiniz və ya https://melissagroup.az/vakansiyalar bölməsindən müraciət etməyiniz xahiş olunur.