Business Service Centre LTD
Növbə Rəisi
Son tarix 06 okt 2025 - [email protected]
Gəncə şəhərində Servis mərkəzinə növbə rəisi axtarılır.
Vəzifə öhdəlikləri:
- Növbəli iş proseslərinin təşkil edilməsi və işin planlaşdırılması.
- İşçi heyətinin idarə olunması: növbə ərzində əməkdaşların vəzifə bölgüsünü təmin etmək, onların fəaliyyətinə nəzarət etmək.
- Əməliyyatların və xidmətin səmərəli icrası: avtobusların texniki baxış, təmir, təmizlik və digər xidmətlərə düzgün istiqamət verilməsi.
- Nəqliyyat vasitələrinin təhlükəsizliyinə nəzarət etmək, texniki xidmətin yüksək keyfiyyətini təmin etmək.
- Təhlükəsizlik və sanitariya qaydalarına riayət olunmasını təmin etmək.
- Əməkdaşların iş yerində motivasiyasını təmin etmək və işçi davranışlarını izləmək.
- İşin vaxtında yerinə yetirilməsi və iş proseslərinin izlənməsi.
- Müştəri şikayətləri və təkliflərinin qəbul edilməsi və onların həlli istiqamətində fəaliyyət göstərmək.
Tələb olunan bacarıqlar və təcrübə:
- Növbə rəhbəri və ya analoji vəzifədə təcrübə.
- Əməliyyatların təşkili və idarə edilməsi bacarığı.
- Yüksək təşkilatçılıq və liderlik bacarıqları.
- Komanda ilə işləmə və münaqişələrin həlli bacarığı.
İş şəraiti:
- Növbəli iş qrafiki.
- Əmək qanunvericiliyinə uyğun münasibətlərin rəsmiləşdirilməsi.
- Əmək haqqı müsahibə zamanı təcrübə və bacarıqlara əsasən təyin ediləcək.
Ərizə qəbulu:
Vakansiya ilə bağlı müraciət üçün əlavə CV formasını e-mail vasitəsilə mövzu yerinə “Növbə Rəisi” yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyiniz xahiş olunur.