Son müraciət tarixi: 12 fevral 2022
Təchizatçı
- Şirkətin inşaat materialları üzrə sifarişlərini təmin etmək;
- Bazarın təhlili, tələb olunan materialları yerli və xarici bazarda araşdırmaq;
- Təchizatçı bazasının hazırlanması və təhlilini təşkil etmək;
- Təchizat sahəsində sənəd dövriyyəsinin təşkili və aparılması;
- Tədarükçülərlə qiymət və digər texniki göstəricilər barəsində danışıqlar aparmaq;
- Müvafiq işlərlə bağlı rəhbərliyə hesabatların təqdim edilməsi.
Tələblər:
- Ali təhsil;
- İnşaat təchizatı sahəsində ən azı 2 il iş təcrübəsi;
- İnşaat materiallarını yüksək səviyyədə bilməsi zəruridir;
- Təchizatçı şirkətləri tanımalıdır;
- Azərbaycan və rus dillərini bilməli, ingilis dilini bilməsi arzuolunandır;
- Kompyuter bilikləri (Word, Excel);
- Çevik və operativ;
- Diqqətli və məsuliyyətli.
Əmək şəraiti:
- Əmək haqqı 1000 AZN +
- 6 günlük iş həftəsi
- Nahar yeməyi şirkət tərəfindən təmin olunur
- Korporativ nömrə