Beynəlxalq maliyyə qurumları ilə iş üzrə mütəxəssis/baş mütəxəssis
Son tarix 07 yan 2022
Ümumi vəzifə öhdəlikləri:
Beynəlxalq bank və qurumlar üçün hesabatların hazırlanması və təhlili;
Gəlir və xərclər analizi və müxtəlif ssenarilərin hazırlanması;
Müxtəlif təqdimat və sənədlərin tərcüməsi (İngilis və Azərbaycan dillərinə);
İngilis dilində sənədlərin hazırlanması;
Müxtəlif maliyyə qurumları üçün bankın fəaliyyəti haqqında təqdimatların hazırlanması;
Potensial əməkdaşlıq üçün xarici və beynəlxalq maliyyə qurumları haqqında məlumatların toplanılması və əlaqələrin qurulması;
Yeni tərəfdaşlarla KYC mərhələsinin keçirilməsi;
Xarici və beynəlxalq maliyyə qurumlarından kredit xətlərinin cəlb edilməsində iştirak;
Xarici konsultantlar ilə danışıqların aparılması, sənədlərin hazırlanması və ötürülməsi;
Xarici və beynəlxalq maliyyə qurumlarının nümayəndələri ilə işgüzar görüşlərin təşkili.
Namizədə qarşı tələblər:
Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır);
İş təcrübəsi: bank sektorunda, beynəlxalq təşkilatlarda arzuolunandır;
Azərbaycan və İngilis dili - əla (yazılı və şifahi), Rus dili yaxşı səviyyədə arzuolunandır;
MS Office (Word, Excel, Outlook) proqramları üzrə biliklər;
Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
Məlumatlar əsasında təhlil etmə və düzgün qərarvermə bacarığı;
Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
Məsuliyyətlik, operativlik;
İdarəetmə və qərar qəbuletmə qabiliyyəti
Komandanın bir üzvü olmaq üçün, yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.
Sizə nə təklif edirik?
Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
Bank sektorunda karyera qurmaq/inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanları;
Əlverişli iş mühitində çalışmaq imkanı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 07 yanvar 2022-ci il tarixinədək email-in mövzu hissəsində Beynəlxalq maliyyə qurumları ilə iş üzrə mütəxəssis/baş mütəxəssis qeyd edərək elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır - [email protected].