Bank Respublika ASC
Beynəlxalq maliyyə qurumları ilə iş üzrə mütəxəssis/baş mütəxəssis
Son tarix 27 may 2023 - [email protected]
Ümumi vəzifə öhdəlikləri:
- Beynəlxalq bank və qurumlar üçün hesabatların hazırlanması və təhlili;
- Gəlir və xərclər analizi və müxtəlif ssenarilərin hazırlanması;
- Müxtəlif təqdimat və sənədlərin tərcüməsi (İngilis və Azərbaycan dillərinə);
- İngilis dilində sənədlərin hazırlanması;
- Müxtəlif maliyyə qurumları üçün bankın fəaliyyəti haqqında təqdimatların hazırlanması;
- Potensial əməkdaşlıq üçün xarici və beynəlxalq maliyyə qurumları haqqında məlumatların toplanılması və əlaqələrin qurulması;
- Yeni tərəfdaşlarla KYC mərhələsinin keçirilməsi;
- Xarici və beynəlxalq maliyyə qurumlarından kredit xətlərinin cəlb edilməsində iştirak;
- Xarici konsultantlar ilə danışıqların aparılması, sənədlərin hazırlanması və ötürülməsi;
- Xarici və beynəlxalq maliyyə qurumlarının nümayəndələri ilə işgüzar görüşlərin təşkili.
Namizədə qarşı tələblər:
- Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır);
- İş təcrübəsi: bank sektorunda, beynəlxalq təşkilatlarda arzuolunandır;
- Azərbaycan, Rus və İngilis dilləri - əla səviyyədə (yazılı və şifahi);
- MS Office (Word, Excel, Outlook) proqramları üzrə biliklər;
- Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
- Məlumatlar əsasında təhlil etmə və düzgün qərarvermə bacarığı;
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
- Məsuliyyətlilik, operativlik;
- İdarəetmə və qərar qəbuletmə qabiliyyəti
- Komandanın bir üzvü olmaq üçün, yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 26 may 2023-cü il tarixinədək emailin mövzu hissəsində Beynəlxalq maliyyə qurumları ilə iş üzrə mütəxəssis/baş mütəxəssis qeyd edərək elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.