Bank Respublika ASC
Mühasibat şöbəsinin mütəxəssisi
Son tarix 11 fev 2024 - [email protected]
Ümumi vəzifə öhdəlikləri:
- Bankda mühasibat uçotu əməliyyatlarını həyata keçirmək;
 - Ödəniş tapşırıqlarının tərtibi, təsdiq olunmuş aktlar əsasında onların qeydiyyatı və ödəniş üçün sonrakı təhvili;
 - Əsas vəsaitlərin uçotunun aparılması, amortizasiyanın hesablanması, müxbirləşmələrin yoxlanılması;
 - Fiziki şəxslərlə bağlanılmış müqavilələrin hesablaşmalarının mühasibat uçotunda əks etdirilməsi;
 - Bankın işçilərinə ezamiyyət və nümayəndəlik xərcləri üzrə avans hesabatların təqdimatı.
 
Namizədə qarşı tələblər:
- Ali təhsil;
 - Bankda maliyyə sahəsi üzrə minimum 2 illik iş təcrübəsi;
 - Banklar və bank fəaliyyəti haqqında mövcud AR Qanunvericiliyini bilmək;
 - AR MB-nin normativ sənədlərini bilmək;
 - Bank işinin əsaslarını və bank sisteminin strukturunu bilmək;
 - Excel proqramı üzrə əsas bacarıqlar (formulalar, məntiqlər, shortcuts və s.);
 - Bankın maliyyə və təsərrüfat fəaliyyətinin uçotunu və mühasibat uçotunun əsaslarını, təhlil və planlaşdırma metodlarını bilmək arzuolunandır;
 - AR Əmək və Vergi qanunvericilik bilikləri arzuolunandır;
 
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 10 fevral 2024-cü il tarixinədək email-in mövzu hissəsində Mühasibat şöbəsinin mütəxəssisi qeyd edərək elektron ünvanına göndərə bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.


            
                            
                            
                        

                
                
                
                
                
                
                
                
                
                
                
                







