Baku Electronics
Pərakəndə satış şöbə müdiri
Son tarix 01 dek 2025 - [email protected]
Vəzifə funksiyaları
- Baku Electronics-in müxtəlif satış nöqtələrində fəaliyyət göstərən mağazaların idarə olunmasını təmin etmək,
- Satış komandasının gündəlik fəaliyyətinə rəhbərlik etmək və mağazaların satış nəticələrini optimallaşdırmaq,
- Mağazaların performansının KPI göstəriciləri əsasında idarə olunmasını təmin etmək və nəticələrin təhlilini aparmaq,
- Satış və büdcə planlamasını həyata keçirmək, icrasını izləmək, fərqləri təhlil etmək və uyğun planları hazırlamaq,
- Periyodik sahə ziyarətləri həyata keçirərək problemlərin yerində təhlili və lazımi planlanmasını təmin etmək,
- Mağazalarda Retail Audit və Gizli Müştəri proqramları ilə bağlı proseslərə nəzarət etmək və nəticələrə əsasən inkişaf planları hazırlamaq,
- Mağazaların əməliyyat və satış proseslərinin standartlara uyğun aparılmasına nəzarət etmək,
- Satış komandalarının (menecerlər, rəhbərlər və promotorlar daxil olmaqla) inkişafını və motivasiyasını təmin etmək,
- Mağaza rəhbərlərinin karyera inkişafının idarə olunması və onlara mentorluq edilməsi,
- Kampaniya fəaliyyətlərinin düzgün icrasına və nəticələrinin analizinə nəzarət etmək,
- Müştəri məmnuniyyətinin qorunması və artırılması üçün təşəbbüslər hazırlamaq və tətbiqini izləmək,
- Raporların oxunması, təhlili və rəhbərliyə davamlı, strukturlaşdırılmış hesabatların təqdim edilməsi,
- Operativ qərarvermə və analitik təhlil vasitəsilə satış göstəricilərinin optimallaşdırılmasını təmin etmək.
Digər şərtlər
- Pərakəndə sektorunda ən azı 5 illik ümumi təcrübə, o cümlədən ən azı 3 il Bölge Müdiri səviyyəsində idarəçilik təcrübəsi,
- Elektronika pərakəndə sektorunda təcrübə üstünlük sayılır,
- Zaman və iş yükü baxımından çevik və aktiv sahə şəraitində işləmək bacarığı,
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.













