"Azersun Holding" işçilər axtarır - VAKANSİYALAR
"Barattson" işçi axtarır - MAAŞ 800-1600 MANAT - VAKANSİYA
"Sharaf Media" işçi axtarır - MAAŞ 1000-1200 MANAT - VAKANSİYA
"Hilton Baku Hotel" işçilər axtarır - VAKANSİYALAR
"Foodstuff Catering" işçi axtarır - MAAŞ 800-1200 MANAT - VAKANSİYA
"Kontakt Home" işçilər axtarır - VAKANSİYALAR
"North West Construction" işçilər axtarır - VAKANSİYALAR
"ARI Global" xaricdə mərkəzi işçilər axtarır - VAKANSİYALAR
Azersun Holding
Müştəri xidmətləri şöbəsində koordinator
Son tarix 16 may 2023 [email protected]
Tələblər:
- Ali Tibbi təhsil
- Microsoft office və Excell bilikləri
- Komandada işləmək bacarığı
- Məsuliyyət, dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti
İş haqqında məlumatlar:
- Sığorta hadisələri üzrə daxil olan məlumatları yoxlamaq və hadisəni sistemə daxil etmək
- Müraciətləri qəbul etmək və analiz edərək doğru istiqamətdə yönləndirmək
- Tibb müəssisəsindən müştəri ilə əlaqədar olan sorğuları araşdırmaq, sığorta təminatına uyğun olub-olmadığını müəyyən etmək;
- Müraciət edilən narazılıqları qeydə almaq və aidiyyatı struktur bölməyə yönləndirərək nəzarətdə saxlamaq;
- Müayinədən sonra təyin olunan dərman üçün müştərini apteklərə yönləndirmək, apteklərdən müraciətləri qəbul etmək və sığorta təminatına uyğun olub-olmadığını araşdırmaq;
- Hər hansı dərman prepararatı müştərinin yaxınlaşdığı aptekdə yoxdursa digər apteklərlə əlaqə saxlamaq, dərmanın olduğu apteki müəyyənləşdirmək və müştəriyə məlumat vermək;
- Sorğu və məmnuniyyətlə bağlı zəngləri həyata keçirmək. Şirkətimizin və tibb müəssisələrinin göstərdiyi xidmətdən razı olub-olmadıqları barədə məlumatın almaq və qeydiyyatı aparmaq. Şikayət olarsa tibb müəssisələri və həkimlərlə danışıqları aparmaq şikayətin əsas səbəbini araşdırmaq;
- Nəqliyyat vasitələri üzrə Sığorta hadisələri olan müştərilərin zənglərinin qəbulu, sığortalı bazasında onların yoxlanılması, qeydə alınması və qəza komisarlarının hadisə yerinə yönləndirilməsini təmin etmək;
- Müştəri məmnumiyyəti ilə bağlı hesabatları hazırlamaq;
İş Yeri: Bakı şəhəri
İş Şərtləri: Həftə içi 5 gün
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Müştəri xidmətləri şöbəsində Koordinator” qeyd etməyiniz xahiş olunur.
Ödəniş Kartları Şöbəsinin Aparıcı Mütəxəssisi
Son tarix 16 may 2023 - [email protected]
Tələblər:
- Ali təhsilli (iqtisadi, texniki) olmalı;
- Plastik Kartlar və Bank işi üzrə 2-3 illik iş təcrübəsi;
- İngilis dilini yaxşı bilməli;
- Microsoft Office və Kart proqram bilikləri olmalı;
- Analitik düşünmə qabiliyyəti, iş planlama qabiliyyəti, stres altında işləmə bacarığı.
İş haqqında məlumat:
- Plastik kartlar üzrə daxili və kənar təşkilatlar üçün hesabatlar hazırlayır və\və ya həmin hesabatların hazırlanmasını təmin edir;
- Kredit kartlara gələn reject əməliyyatlara nəzarət edərək əməliyyatların kartlarda əks olunması üçün Prosesinq Mərkəzi ilə əlaqə qurur;
- HÖP (Hökümət Ödəniş Portalı) ödənişlərinə nəzarət edir və lazımi müxabirləşməni icra edir;
- Ödəniş sistemlərindən gələn etiraz əməliyyatlarına (chargeback) nəzarət edir və Beynəlxalq Ödəmə Sistemləri qaydalarına uyğun olaraq, hərəkət edir;
- Visa və MasterCard web tətbiqlərinə nəzarət edir; lazımı güncellemeleri tetbiq edir
- Bank ödəmə sistemi proseslərinin Visa, Master, Milli Kart və BKM ödəmə şəbəkələri qaydalarına uygun olaraq icra edilməsinə nəzarət edir. Uyğunsuzluq müəyyən edildiyi təqdirdə rəhbərinə məlumat verir;
- Visa, Master, Milli Kart və BKM ödəmə sisteminin qayda yeniləmələrini təqib və icra edir, ya da prosesinq mərkəzi tərəfindən icrasına nəzarət edir;
- Bank, filial və digər bölmələrin plastik kartlar ilə əlaqədar əldə edə bilmədiyi məlumatların tələb daxilində hazırlayıb məlumat verilməsini təmin edir;
- Bank, filial və digər bölmələrin plastik kartlar ilə əlaqədar icra edə bilmədiyi müxabirləşmələri tələb daxilində icra edir;
- Plastik kartlar prosesinin qanunvericiliyə əsasən, bankın tarif və qaydalarına uyğun olaraq işləməsini təmin edir və bu prosese nəzarət edir;
- Ödəmə sistemləri ilə əlaqədar, Beynəlxalq təlim də daxil olmaq üzrə təlim təqviminə nəzarət edərək faydalı təlimlər haqqında müdirinə təklif verir;
- Internet və Mobil bankçılıq üçün yeni müştəri açılışı və şifrə sıfırlama proseslərini təqib edərək lazımı mərhələləri icra edir;
- Kart proqramında icra edilən mühasibatlıq düzəlişləri əməliyyatları üçün bank proqramında lazimi müxabirləşmələri icra edir;
- Kart proqramında limit dəyişikliyi, kart basımı, kart yeniləmə qeydlərinə nəzarət edir;
- Müştəri (Kart və POS) çıxarışlarının SMS və e-mail ilə göndərilməsini təmin edir və prosesə nəzarət edir;
- Problemli kredit və kart müştərilərinin qətnaməyə əsasən faiz hesablanmasının dayandırılması və/vəya dəyişdirilməsi və qətnaməyə əsasən əlaqədar strukturun tələbi və təsdiqi daxilində müxabirləşmələri icra edir;
- Kart və pin zərf qalıqlarına nəzarət edərək rəhbərinə məlumat verir;
- Filiallarda və Prosesinq mərkəzində personalizasiya edilmiş və ya edilməmiş pin zərf və kart qalıqlarına nəzarət edir;
- Kart sistemində müddəti bitmiş kartların ekstre borclarının tam olaraq kartda əks olunmasına nəzarət edir;.
- POS Müştərisi tələbi əsasında geri qaytarma və ləğv etmə əməliyyatlarını icra edir;
- Filiallardan gələn tələblər əsasında plastik kartların sistemdə yaradılmasını təmin edir;
- Plastik kartların və PIN zərflərin hazırlanması barədə sərəncamları hazırlayır, MilliKart prosessinq mərkəzinə Plastik kartların və PIN zərfləri sifariş edir.
- PIN zərflərin və kartların sayına nəzarət edir və lazım olan zaman yeni zərflərin və kartların alınması üçün departament müdirinə / Şöbə rəisinə təklif verir;
- Əmək haqqlarının hesablara yatırılmasını həyata keçirir, işlemin icrasının yerel mevzuata uygun olarak icra edilmesini temin edir;
- Hazırlanmış kartları Milli Kart prosessinq mərkəzindən təhvil-təslim aktları əsasında qəbul edir və yoxladıqdan sonra filiala\müştərilərə (filiallara) təhvil verilməsi üçün departamentin digər işçisinə təhvil verir və\və ya filiala\müştəriyə birbaşa təhvil verilməsi prosesində iştirak edir;
İş Şərtləri: Həftə içi 5 gün
İş Yeri: Bakı şəhəri
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “Ödəniş Kartları Şöbəsinin Aparıcı mütəxəssisi” qeyd etməyiniz xahiş olunur.
Təchizat, İnzibati və Arxiv işləri şöbəsinin Baş mütəxəssisi
Son tarix 16 may 2023 - [email protected]
Tələblər:
- Ali təhsilli (iqtisadi, texniki və ya hüquqi) olmalı;
- Bank işi üzrə 3-5 illik iş təcrübəsi;
- Azərbaycan dili (İngilis və Rus dilini bilənlərə üstünlük verilir);
- BOYS, YSP programlarını bilmək;
- Həm fərdi, həm qrup şəklində və işləmək, təhlil etmə, hesabat vermə və problemləri müstəqil həll etmə bacarığı.
- Sürücülük vəsiqəsi;
- Yerli və xarici valyutanın saxtalığını müəyyənetmə bacarığı olmalı;
- Analitik problem həlletmə bacarığı olmalı.
İş haqqında məlumat:
- Bankın struktur bölmələrinin avadanlıq, inventar, material və ləvazimatlarla təchiz etmək;
- Azqiymətlilərin əsas vəsaitlərin alınmasını təşkil etmək, həmçinin qəbul olunmasını, malların qeydiyyatının aparılmasını və tələbatı üzrə Bank işçilərinə təhvil-təslimini həyata keçirmək;
- Kart məhsullarının alınmasını təşkil etmək, həmçinin qəbul olunmasını, malların qeydiyyatının aparılmasını və Bankın xəzinəsinə təhvil-təslimini həyata keçirmək;
- İstifadə müddəti bitmiş, yararsız və istifadə olunmayan azqiymətlilər/əsas vəsaitlərin satışını və ləğvini təşkil etmək, Bankın balansından silinməsini təklif etmək;
- Bankın posterminal şəbəkəsinin genişləndirilməsində iştirak etmək, posteminalların müştərilərə işlək vəziyyətdə təhvil verilməsini təmin etmək, nasaz vəziyyətdə olan posterminalların yenilənməsi və yaranmış problemlərin aradan qaldırılmasını icra etmək;
- ATM quraşdırılması üçün tələbin təsdiqlənməsini izləmək və ATM-in bildirilən yerə daşınması prosesinə nəzarət etmək;
- Bankın su, istilik və elektrik enerjisi ilə fasiləsiz təminatını təşkil etmək;
- Bankın təmir tikinti üzrə planlarının hazırlanmasında iştirak etmək, təsdiq olunmuş planların icrasını təşkil etmə;
- Struktur bölmələrinin proqram təminatı üzərindən gələn tələblərinin icrasını təşkil və təmin etmək;
- Bankın balansında olan nəqliyyat vasitələrini texniki baxışdan keçirmək, istismar qaydaları ilə müəyyən edilmiş profilaktik tədbirləri görmək və nəzarət etmək;
- Sənədlərin sürücü və kuryerlər tərəfindən vaxtında və düzgün çatdırılmasına nəzarət etmək;
- Bankda içki, yemək və təmizlik xidmətlərinin vaxtında yerinə yetirilməsinə nəzarət etmək;
- Yeməkxananın gigiyenik təmizliyinə nəzarət etmək;
- Bank üzrə daşıma işlərini təşkil etmək, bankın avtomobillərinin yanacaq və təmir xərclərinə nəzarət etmək;
- Bankomatların yerləşdirilməsi, montajı və demontajı işlərini təşkil və nəzarət etmək;
- Qonaqları qarşılamaq, oteldə yerləşdirmək, transferini təşkil etmək, biletlərin alınmasını təşkil etmək və yola salmaq;
- Bankda təmizlik işlərinin aparılmasına nəzarət etmək;
- Bankda poçt xidməti işini təşkil etmək və xaricə məktubların göndərilməsini təmin etmək;
- Arxiv işinin aparılmasına və təşkilinə nəzarət etmək, sənədlərin saxlanılması üçün lazımi şərait yaratmaq.
İş Yeri: Bakı şəhəri
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “Təchizat, İnzibati və Arxiv işləri şöbəsinin Baş mütəxəssisi” qeyd etməyiniz xahiş olunur.
Şəbəkə inzibatçısı mütəxəssisi
Son tarix 16 may 2023 - [email protected]
Tələblər:
- Ali təhsilli olmalı;
- 2 il aidiyyəti vəzifə üzrə iş stajı;
- OSI-TCP/IP modeli üzrə ekspert bilikləri olmalı;
- CCNA/CCNP və s. beynəlxalq sertifikatları olmalı;
- Voice şəbəkəsinin qurulması və idarəsi bacarıqları, CUCM/SIP həlləri təcrübəsi olmalı;
- IPSEC/DMVPN barəsində dərin bilikləri və təcrübəsi olmalı;
- Dinamik routing texnologiyaları üzrə dərin bilikləri (EIGRP/OSPF/BGP) olmalı;
- Cisco ASA, Pfsense, Palo-Alto next generation firewal idarəedilməsi bacarıqları olmalı;
- Şəbəkə təhlükəsizliyi bilikləri, 802.1X, Cisco ISE sistemlərinin idarəedilməsi bacarıqları olmalı;
- Çalışmaların avtomatlaşdırılması, Python proqramlaşdırma bacarığı olmalı;
- Məsuliyyətli və işgüzar, analitik düşünmə qabiliyyəti olmalı;
- Fərdi və komanda ilə işləmək bacarığı olmalı.
İş haqqında məlumat:
- LAN, WAN, Campur və Ehtiyyat mərkəzi şəbəkəsinin idarəedilməsi, optimallaşdırılması;
- SSL VPN, məsafədən bağlantı qurulması və təhlükəsizliyin təmini;
- Tərəfdaş şirkətlərlə bağlantı üçün infrastukturun qurulması, IPSEC VPN idarəedilməsi;
- Modem, sviç, firewall avadanlıqlarının sazlanması, racklarda yerləşdirməi və kabelləşdirilməsi;
- Avadanlıqların yenilənməsi, lisensiyalara nəzarət və hesablanması;
- Şəbəkə avadanlıqlarının və hadisələrin monitorinqi, izlənməsi, avtomatlaşdırılmış məlumatlandırma və tədbirlərin sazlanması
İş Yeri: Bakı şəhəri
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “Şəbəkə inzibatçısı mütəxəssisi” qeyd etməyiniz xahiş olunur.
Kiber təhlükəsizlik üzrə mütəxəssis
Son tarix 16 may 2023 - [email protected]
Tələblər:
- Ali təhsilli olmalı;
- OWASP Top 10 və MITRE ATT&CK kimi çərçivələrdə təsvir olunan zəiflikləri və hücum texnikalarını bilməli
- Pentest alətləri ilə iş təcrübəsi (nmap, metasploit, burp suit, Kali Linux və s.);
- İnsidentlərin aşkarlanması və aradan qaldırılması;
- NGFW, WAF, Web Proxy, AV kimi təhlükəsizlik sistemlərinin idarə olunması.
- İngilis dili biliyi üstünlükdür;
- CEH, OSCP, LPT, OSCE, OSWE, CISSP sertifikatlarından birinin olması üstünlükdür;
- Skript dillərlə işləmə bacarığı olması üstünlükdür;
- Bank sektorunda təcrübəsi olması üstünlükdür;
- İnformasiya Təhlükəsizliyi sahəsində ali təhsil olması üstünlükdür.
- Analitik problem həlletmə bacarığı olmalı.
İş haqqında məlumat:
- Boşluqların aradan qaldırılması və sızma testlərinin həyata keçirilməsi;
- Kodların analiz edilərək mövcud boşluqlarının aşkarlanması;
- Hücumların simulyasiyası;
- Email GW, Web Proxy, WAF, Endpoint Protection kimi təhlükəsizlik sistemlərinin konfiqurasiya, dəstək və idarə edilməsi;
- Bankda təhlükəsizlik risklərinin müəyyənləşdirilməsi;
- Yeni təhlükəsizlik araşdırmaların nəticələrinin daim izlənməsi;
- Mövcud olan zəiflik aşkarlama mexanizmlərinin və vasitələrinin təkmilləşdirilməsi.
İş Yeri: Bakı şəhəri.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “Kiber təhlükəsizlik üzrə mütəxəssis” qeyd etməyiniz xahiş olunur.