Azersun Holding
Satınalma üzrə baş mütəxəssis (Ticari məhsullar üzrə)
Son tarix 12 okt 2025 - Müraciət et
Müəssisə: SUN FOOD MMC
Tələblər:
- Müvafiq sahə üzrə ali təhsili olmalı;
- Müvafiq sahə üzrə 3-5 il iş təcrübəsi olmalı;
- Yüksək səviyyədə Rus dilini və İngilis dili biliyi;
- MS office proqram paketini yaxşı səviyyədə bilməli;
Vəzifə Öhdəlikləri:
- Satınalma prossesini vaxtında, prosedur və prosseslərə uyğun olaraq icra edilməsi;
- Təchizat sifarişlərinin idarə edilməsi (yerləşdirmə, nəzarətdə saxlama, hesabatların hazırlanması və sifarişlərin bağlanması);
- Açılmış sifariş formalarının analizi, satınalma sorğularına nəzarət, yoxlanılması və hesabatlarının hazırlanması;
- Bazarın təhlili, tələb olunan materialların daxili və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlili;
- Tender/sorğularının hazırlanması və qiymətləndirilməsi, əsaslar və tələb olunan sənədlərə istinadən məhsul və xidmətlərin seçim prossesinin yekunlaşdırılması;
- Satınalma pressesinin ən əlverişli şərtlərlə həyata keçirilməsi
- Hesabatların hazırlanması və analizi, satınalma sorğularının hazırlanması;
- Təchizatçıların analizi və digər prosseslərin effektiv idarə olunması;
- Təchizatçıların seçimi və qiymətləndirilməsi;
- Ödəniş sorğularını həyata keçirməsi, ödənişlərə nəzarət edilməsi;
- Müqavilələrin həyata keçirilməsi və nəzarətdə saxlanılması, müqavilə şərtlərinin müəyyən olunması;
- Xarici və daxili bazarın təhlili, tələb olunan materialların xarici və daxili bazarda araşdırılması
İş şəraiti:
- İş Qrafiki: Həftə içi 5 gün
- İş Yeri: Bakı şəhəri
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “Satınalma üzrə baş mütəxəssis – Sun Food MMC” qeyd etməyiniz xahiş olunur.
İş mükəmməliyyət üzrə mütəxəssis (OpEx)
Son tarix 12 okt 2025 Müraciət et
Müəssisə: SUN-TEA ÇAY FABRIKI MMC
Tələblər:
- Ali Təhsil : Sənaye Mühəndisliyi, Sənayenin Təşkili və İdarə Edilməsi, Proses Mühəndisliyi və ya digər texniki mühəndislik ixtisasları üzrə
- Qida və ya qeyri-qida istehsalat sahəsində minimum 3 il peşəkar iş təcrübəsi
- MES üzrə təcrübə tələb olunur
- Lean, Six Sigma, TPM və proses idarəçiliyi sahələrində nəzəri və praktiki biliklər
- Proseslərin təkmilləşdirilməsi, statistik proses nəzarəti, israfların azaldılması və KPI-ların idarə olunması sahələrində bilik və təcrübə
- MS Excel, MS PowerPoint, MS Visio və Power BI proqramlarını yüksək səviyyədə istifadə bacarığı
- İstehsalat avadanlıqları və istehsal prosesləri haqqında yetərli texniki məlumat və anlayışlar
- Türk və İngilis dillərində ünsiyyət bacarığı
- Yenilikçi yanaşma, təşəbbüskarlıq, yüksək məsuliyyət və komandada effektiv işləmək bacarığı
- Güclü təqdimat bacarıqlarına malik olmaq
- Analitik düşünmə və problem həll etmə bacarıqları
- B kateqoriyalı sürücülük vəsiqəsi
Əsas vəzifə öhdəlikləri:
- Daxili proseslərin optimallaşdırılması və davamlı inkişaf layihələrində iştirak etmək
- Məlumatların təhlili və proses performans indikatorlarının (KPI) izlənilməsi
- Lean, Six Sigma, 5S, Kaizen kimi metodologiyaların tətbiqinə dəstək vermək
- Əməkdaşlardan daxil olan Kaizen təkliflərinin qiymətləndirilməsi və tətbiqi imkanlarının araşdırılması
- Kaizen, Kobetsu Kaizen, 5S, Avtonom Baxım kimi Lean alətlərinin həyata keçirilməsi və izlənməsi
- Məlumatların toplanması, təhlili və aylıq/rüblük hesabatların hazırlanması
- Təlimlərdə və daxili təşəbbüslərdə aktiv iştirak etmək
- Tərəfimizdən veriləcək təlimlər və toplanacaq təcrübə əsasında işçilərə tədrislər vermək
- İstehsalat müəssisələrində Yalın İstehsal metodlarının tətbiqi ilə istehsalat proseslərinin təkmilləşdirilməsini və itkilərin azaldılmasını təmin etmək
- İstehsalat müəssisələrindən əldə edilən hesabatlara əsasən data analizi aparmaq və nəticələri təhlil etmək
- İstehsal və OPEX komandaları ilə əməkdaşlıq edərək mədəni transformasiyaya dəstək vermək
- MES, IoT, Data Analytics kimi yeni texnologiya və rəqəmsal həllərin tətbiqində iştirak etmək
İş şəraiti:
- 5 günlük iş qrafiki
- Nahar və servis şirkət tərəfindən qarşılanır
- İş Yeri: Bakı
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “İş mükəmməliyyət üzrə mütəxəssis (OpEx)” qeyd etməyiniz və çalışmaq istədiyiniz şəhərin adını bildirməyiniz xahiş olunur.
Satınalma şöbəsinin müdiri (Kənd Təsərrüfatı məhsulları üzrə)
Son tarix 12 okt 2025 Müraciət et
Müəssisə: SUN FOOD MMC
Tələblər:
- Müvafiq sahə üzrə ali təhsili olmalı;
- Satınalma və təchizat sahəsində ən azı 7–10 il iş təcrübəsi, o cümlədən minimum 3 il rəhbərlik təcrübəsi olmalı;
- Yüksək səviyyədə Rus dili və İngilis dili biliyi;
- MS Office proqram paketini və satınalma idarəetmə sistemlərini yaxşı səviyyədə bilməli;
- Liderlik, strateji planlaşdırma, analitik düşüncə və komanda idarəçiliyi bacarığına malik olmalı.
Vəzifə Öhdəlikləri:
- Satınalma şöbəsinin fəaliyyətinə rəhbərlik etmək, komandanın işini koordinasiya etmək və iş bölgüsünü effektiv həyata keçirmək;
- Satınalma strategiyasını hazırlamaq və onun icrasına nəzarət etmək;
- Təchizatçıların seçimi, qiymətləndirilməsi və əməkdaşlıq şərtlərinin müəyyənləşdirilməsi proseslərinə rəhbərlik etmək;
- Tender və sorğu proseslərinin təşkili və şəffaflığının təmin olunmasına nəzarət etmək;
- Büdcənin planlaşdırılması və satınalma proseslərinin optimal şərtlərlə həyata keçirilməsini təmin etmək;
- Xarici və daxili bazarın təhlilini aparmaq və yeni təchizatçılarla əməkdaşlıq imkanlarını araşdırmaq;
- Müqavilələrin hazırlanması, icrası və şərtlərə əməl olunmasına nəzarət etmək;
- Rəhbərliyə satınalma fəaliyyəti ilə bağlı mütəmadi hesabatların təqdim edilməsi.
İş şəraiti:
- İş Qrafiki: Həftə içi 5 gün
- İş Yeri: Bakı şəhəri
Müraciət:
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Satınalma şöbəsinin müdiri (Kənd Təsərrüfatı məhsulları üzrə) – Sun Food MMC” qeyd etməyiniz xahiş olunur.