Azersun Holding
İnsan resursları üzrə mütəxəssis (Biləsuvar)
Son tarix 31 avq 2025 - Müraciət et
Müəssisə: AZƏRSUN KƏND TƏS. MƏH MMC
Tələblər:
- İqtisadiyyat, menecment, insan resursları ixtisası üzrə ali təhsili olmalı;
- Əlaqədar sahə üzrə minimum 1 il iş təcrübəsi olmalıdır.
- MS Office, Elektron Hökümət Portalından istifadə qaydaları haqqında biliklərə sahib olmalı;
- Azərbaycan Respublikası Əmək qanunvericiliyinin əsaslarını bilməli;
- Miqrasiya məcəlləsini bilməli;
İş haqqında məlumat:
- Əmək müqavilələrinin hazırlanması, elektron sistemə bildirişlərin işlənilməsi;
- İşçilərin şəxsi işlərinin formalaşdırılması;
- Əmək kitabçalarına qeydiyyatların aparılması;
- Məzuniyyət qrafikinə uyğun olaraq işçilərin məzuniyyətlərinin rəsmiləşdirilməsi;
- İşçilərin işə qəbulu, bir işdən başqa işə keçirilməsi, çıxarılması, onlara məzuniyyət verilməsi barədə dəyişiklikləri əlavə edərək sistematik olaraq işçilərin siyahı tərkibinin uçotunu aparılması;
- İşçilərin işdə olmadıqlarını təsdiq edən müvəqqəti iş qabiliyyətini itirmələri haqqında xəstəlik vərəqələrinin, xəstələrə qulluq üçün arayışların və digər sənədlərin vaxtında təqdim olunmasına nəzarət edilməsi.
- Əcnəbi işçilərə iş və yaşamaq icazələrinin alınması ilə bağlı sənədlərin hazırlanması;
- Dövlət Miqrasiya Xidmətinə müraciətlərin edilməsi;
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com saytından qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “İnsan resursları üzrə mütəxəssis (Biləsuvar)” qeyd etməyiniz xahiş olunur.
İş şəraiti
- İş Qrafiki: Həftə içi 5 gün, 09:00-18:00
- İş Yeri: Biləsuvar rayonu
Mikrobioloq
Son tarix 31 avq 2025 - Müraciət et
Müəssisə: AZ ŞƏKƏR İST. BİRLİYİ MMC
Tələblər:
- Mikrobiologiya, Biologiya və ya əlaqəli sahədə bakalavr və ya magistr dərəcəsi
- Mikrobiologiya laboratoriyasında ən azı 1 il iş təcrübəsi
- Mikrobioloji analizlərin aparılması və nəticələrin qiymətləndirilməsi bacarığı
- Təhlükəsizlik və Əməyin Mühafizəsi Qaydaları haqqında biliklər
- İş təhlükəsizliyi - İşçi sağlamlığı, Sanitariya və Ekologiyanın Mühafizəsi tədbirlərini haqqında biliklər
İş haqqında məlumat:
- Analizləri yerli və beynəlxalq standartlara uyğun aparmaq, nəticələri qeyd edib aid şəxslərə vaxtında çatdırmaq.
- Fabrika və istehsalat sahələrindən nümunələr götürüb su və mikrobioloji analizlər aparmaq.
- İşçilərin sanitar vəziyyətini yoxlamaq, uyğun olmayan hallarda aid şəxsləri məlumatlandırmaq.
- İstehsalat, anbar və laboratoriyada havanın mikrobioloji keyfiyyətini nəzarətdə saxlamaq.
- Mikroorqanizm riski daşıyan xammal və məhsulların analizini aparmaq, uyğun olmayanları qəbul etməmək.
- İş yeri və avadanlıqları təmiz və işə hazır saxlamaq.
- Şirkət daxili içməli suyun mikrobioloji keyfiyyətinə nəzarət etmək.
- Qida təhlükəsizliyi ilə bağlı digər şöbələr və laboratoriyalarla koordinasiyada işləmək.
- Mikrobioloji kritik sahə cavabdehlərinə təlimat vermək və işlərini yoxlamaq.
- Keyfiyyət siyasətinə zidd olan, təhlükə yaradan prosedurların dayandırılmasını təklif etmək.
- Analiz və kalibrasiya işlərini vaxtında və düzgün yerinə yetirmək.
- Əməyin təhlükəsizliyi, sanitariya, ekologiya və yanğından mühafizə qaydalarına əməl etmək.
- Avadanlıq və ölçü vasitələrini düzgün istifadə edib saxlamaq.
- İşə nizamlı gəlmək və şəxsi gigiyenaya riayət etmək.
- Rəhbərliyin göstərişi ilə əlavə vəzifələri icra etmək.
- Təhlükəsizlik qaydalarını pozan halları və qəzaları dərhal rəhbərliyə bildirmək.
- Qida təhlükəsizliyi və istehsal prosesində ortaya çıxan risklərə görə məsuliyyət daşımaq.
İş şəraiti
- İş Qrafiki: Həftə içi 5 gün
- İş Yeri: İmişli rayonu
Tələblərə cavab verdiyiniz təqdirdə, CV-nizi [email protected] elektron poçt ünvanına email-in mövzu hissəsində “Mikrobioloq (İmişli)” yazaraq göndərə bilər və ya hr.azersun.com saytından qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Daşınmaz əmlakların araşdırılması üzrə mütəxəssis / baş mütəxəssis
Son tarix 31 avq 2025 Müraciət et
Müəssisə: AL MARKET MMC
Tələblər:
- Ali təhsilli olmalı.
- Sürücülük vəsiqəsi - B kateqoriya.
- Sənədləşmə və yazışma işlərini bacarmalı.
- MS Office proqramlarını orta səviyyədə bilməli.
- Araşdırma qabiliyyəti yüksək olmalı.
- Ünsiyyət və gözəl nitq qabiliyyətinə malik olmalıdır.
- Ezamiyyətlərə açıq olmalıdır.
- Dil bilikləri (Rus dili və ingilis dili biliyi arzu olunandır)
İş haqqında məlumat:
- Standartlara uyğun mağaza obyektlərinin tapılması.
- Mövcud və açılacaq mağazaların dövlət orqanları ilə müvafiq sənədləşmə işlərinin həyata keçirilməsi.
- Sahibkarlarla görüşüb, təkliflərin verilməsi.
- Müxtəlif növ qəbzlərin ödənilməsini və nəzarətini təmin etmək.
- Müxtəlif növ vergilərin ödənilməsinə nəzarət etmək.
- Aylıq, rüblük və illik fəaliyyət hesabatlarını hazırlamaq.
- Mağazanın təmir müddətinin təqibi.
- Mağazanın rolevesinin alınmasında iştirak.
İş vaxtının norması:
- 5 günlük iş rejimi;
- İstirahət günü: Şənbə və Bazar günü.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Əmək haqqı: Razılaşma yolu ilə;
- Nahar şirkət tərəfindən təmin edilir;
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com saytından qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində "Daşınmaz əmlak üzrə mütəxəssis / baş mütəxəssis" qeyd etməyiniz xahiş olunur.
Müştəri Xidmətləri üzrə Baş mütəxəssis
Son tarix 31 avq 2025 Müraciət et
Müəssisə: XƏYAL ADASI MMC
Tələblər:
- Ali təhsili olmalı;
- İngilis və Rus dili biliyi yüksək səviyyədə olmalı;
- Müştəri xidmətləri sahəsi üzrə 3-5 il iş təcrübəsi olmalı;
- Müştərilərə diqqətli və səbrli davranış sərgiləməli;
- Mükəmməl ünsiyyət və təqdimat bacarığı olmalı.
- Komandada işləmək bacarığı olmalı;
- MS Office proqramlarını yaxşı səviyyədə bilməli;
Vəzifə Öhdəlikləri:
- Müştərilərə müəssisənin xidmətləri barədə məlumat vermək;
- Təklif olunan bütün kompleks xidmətlərini və kampaniyalarını təşviq etmək;
- İşlətmənin korporativ dəyərlərini mənimsəmək və müştərilərə xidməti bu çərçivədə həyata keçirtmək;
- Müştərilərə məhsul/qiymət/kampaniya ilə bağlı təmkinli şəkildə düzgün məlumat vermək;
- Müştərilərin şikayət, təklif və tövsiyyələrini dinləmək və müvafiq şöbələrə yönəltmək;
- Daxil olan şikayətlərin gedişatının və sonlandırılmasının nəzarətdə saxlanılması, müştəriləri məmnuniyyəti sorğusunun aparılması;
- Satış komandası ilə birgə cədvəllərin və mühüm sənədlərin yaradılması, qaydada saxlanılması və mütamadi olaraq yenilənməsi
- Yeni məlumatları məlumat bazasına əlavə etmək və mövcud məlumatlardakı dəyişiklikləri yeniləmək;
- Müştəri məmnuniyyətinin əldə olunması üçün xidmətin təşkili məqsədilə təkliflər hazırlamaq;
- Müəssisə ve müştərilərin məlumat məxfiliyini qorumaq və müştərilərlə nəzakətli ünsiyyətdə olmaq.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “Müştəri Xidmətləri üzrə Baş mütəxəssis ” qeyd etməyiniz xahiş olunur.
İş yeri: Dreamland (Bakı şəhəri)
Baş Satış Təmsilçisi
Son tarix 31 avq 2025 - Müraciət et
Müəssisə: XƏYAL ADASI MMC
Tələblər:
- Ali təhsilli olmalı;
- Komandada işləmək bacarığı olmalı;
- İngilis və Rus dili biliyi yüksək səviyyədə olmalı, (Fars dili biliyi isə üstünlükdür);
- Satış və ya müştəri xidmətləri sahəsi üzrə 1-2 il iş təcrübəsi olmalı;
- Müştərilərə diqqətli və səbrli davranış sərgiləməli;
- Aktiv və ünsiyyətcil olub mükəmməl təqdimat bacarığı olmalı.
- MS Office proqramlarını yaxşı səviyyədə bilməli;
İş haqqında məlumat:
- Mövcud bazarı yaxşı analiz edib bazar ehtiyaclarını öyrənmək.
- Müştəri təlabatının nə yerdə olduğu, hansı sektorlarda boşluqların olduğunu, nə ölçüdə məhsul gərəkdiyini analiz etmək.
- Sosial media araşdırmaları etmək.
- Daşınmaz əmlak layihələri üzrə işləri izləyərək, təqdimatlar hazırlamak.
- Satışı analiz edərək müdiriyyətə təkliflər vermək.
- Rəhbərliyə görülmüş işlər barədə həftəlik və aylıq hesabatlar təqdim etmək.
- Daşınmaz əmlak bazarında həyata keçirilən kampaniyalarla bağlı müştəriləri məlumatlandırmak.
- Müxtəlif tədbirlərdə və sərgilərdə şirkəti təmsil etmək;
- Marketinq planında qeyd olunduğu kimi bazar sahələri ilə bağlı bütün satış fəaliyyət planlarını həyata keçirmək;
- Gələcək qruplar və tədbirlər təmin etmək üçün mövcud və yeni müştərilərlə əlaqələrin qurulması və gücləndirilməsi. Bu istiqamətdə satış zəngləri, görüşlər və müvafiq tədbirlər keçirmək.
- Gələcək müştərilər üçün tədbir məkanını, yemək və iaşə xidmətlərini və əyləncə obyektlərini (Otel, Qolf Klubu, SPA, Trampoline) vurğulayan satış təqdimatları və müxtəlif əlavə materialların yaradılması;
- Satış komandası ilə birgə cədvəllərin və mühüm sənədlərin yaradılması, qaydada saxlanılması və mütamadi olaraq yenilənməsi.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “Baş Satış Təmsilçisi” qeyd etməyiniz xahiş olunur.
İş yeri: Dreamland (Bakı şəhəri)
İnzibati təsərrüfat üzrə mütəxəssis
Son tarix 31 avq 2025 Müraciət et
Müəssisə: Şamaxı Dairy Farm MMC
Tələblər:
- Ali təhsilli olmalı.
- B kateqoriyalı sürücülük vəsiqəsi.
- Material və məhsulların saxlama, yığma və mühafizə qaydalarını bilməli.
- Gigiyena, təmizlik, dərmanlama mövzularındakı prosedurları bilməli.
- İşçi sağlamlığı və iş təhlükəsizliyi ilə əlaqədar qanunvericiliyin tələblərini bilməli.
Vəzifə öhdəlikləri:
- Zavod şöbələrinin verdiyi büdcəyə görə, şöbəyə tələb etdiyi təmizlik vasitələri, geyəcək vəsaitlərinin alışını etdirmək, inzibati işlər anbarında mühafizə etdirmək, ofis və məlumat əməliyyat vəsaitlərinin qəbulu və təmir-baxımını etdirərək, təslim etdirmək.
- Zavod işçilərinin yemək ehtiyacını təyin etmək, bu məqsədlə yeməklərin fabrikə gətirilməsini, paylanmasını təmin etmək və bununla əlaqədar yeməxana işləyişini koordinasiya etmək.
- Zavod ərazisindəki zibillərin topladılaraq fabrik xaricindəki uyğun yerlərə sövq edilməsini təşkil etmək.
- Zavod xarici sahələrində ətraf tənzimləməsi, park bağçaların baxımı, yeşillendirilmesi işini sövq inzibati və koordinasiya etmək.
- Inzibati işlərə bağlı vəzifələrlə əlaqədar olaraq alınması lazım olan materialların təqdimat kartlarını açıb, E-sorğu sifarişini vermək.
- Zavod sahəsindəki əcza dolaplarının içindəki dərmanların minimum miqdarsal idarəsini təmin edərək, lazımlı tədarük, tələb işlərini koordinasiya etmək.
- Zavoddakı ofis otaqlarının, umumi açıq yerlərinin (nərdivanların, tualetlərin, hamam, dəhlizlərin vs.) elektrik xətləri, boya və əhəng vs. koordinasiyasını həyata keçirmək.
İş vaxtının norması:
- 5 günlük iş rejimi;
- İstirahət günü: Şənbə və Bazar günü.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Əmək haqqı: Razılaşma yolu ilə;
- Nahar şirkət tərəfindən təmin edilir;
Ünvan: Kürdəmir rayonu
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “İnzibati təsərrüfat üzrə mütəxəssis Kürdəmir” qeyd etməyiniz xahiş olunur.